15
mart
2020
12:53
12 191


Universal kart

AdRiver


MM-dəki proses İH-lərə keçir: 29 ildə yaşanan bir ilk... - Zahid Oruc

Parlamentə, hakimiyyətin ikinci qoluna xanımın sədrlik etməsi son dərəcə taleyüklü dövrdə Azərbaycanda formalaşmaqda olan yeni siyasi sistemin tələblərinə uyğun olaraq qanunverici orqanın rəhbər strukturlarını xalqın gözləntilərinə uyğunlaşdırmağa kömək edəcək, eyni zamanda Milli Məclisdə təmsil olunan ən müxtəlif baxışlara malik insanların və siyasi partiya təmsilçilərinin azad fikirliyinə həlimlik, uzlaşma və ahəngdarlıq gətirəcəkdir.
Qanunla.az xəbər verir ki, bu sözləri spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının keçirilən növbəti plenar iclasında çıxışı zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin yeni sədri Zahid Oruc deyib. Komitə sədri vurğulayıb ki, Sahibə Qafarovanın alim və ziyalı kimi malik olduğu üstün keyfiyyətlər Məclisin iclaslarının ruhuna, o cümlədən, parlamentin yaratdığı bütün strukturların xalqa daha geniş açılmasına, müzakirələrin canlı diskussiyalar şəraitində aparılmasına, ən müxtəlif ideyaların, baxışların səslənməsinə və həyata keçirilməsinə imkan verəcəkdir:
“Heç şübhəsiz ki, bu hər bir parlament üzvünə ehtiram göstərilməsi və onların potensiallarından düzgün istifadə olunması şəraitində mümkündür. Lakin hər birimiz fəaliyyətimizi qurarkən, o cümlədən, sədarət də gələcək Məclisin işlək konsepsiyasını hazırlayarkən ilk növbədə 1990-cı illərdə Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşdırılmasında Heydər Əliyevin əvəzsiz yerinə və siyasi irsinə söykənərək hərəkət edirik. Bu baxımdan Ulu öndərin 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışının məhz parlamentdən başlanmasını xüsusi dəyərləndirməyə bir daha ehtiyac duyulur. Çünki dövlətçilik dərslərini daim yada salmaqda fayda var. Heydər Əliyev Azərbaycanı xaosdan məhz ilk olaraq Milli Məclisdə xilas etməyə çalışmışdı və amansız siyasi qovğaları, inqilabi hərəkatları orada ram etməyi bacarmışdı. Sabitlik məhz parlamentdə yarandıqdan sonra ölkənin həyatına nizam-intizam və əmin-amanlığı transformasiya etmək mümkün olmuşdu. Unutmayaq ki, o dövr hərbi-siyasi qüvvələr bir-birilə birləşmişdilər və silahlı dəstələr parlamentin ətrafında cəmləşmişdilər. Belə şəraitdə Heydər Əliyev bənzərsiz spikerlik, “xalqın görən gözü, danışan dili və vuran əli” obrazını gerçəkləşdirə bildi və Məclisi tankların-topların qabağında ən güclü zirehə çevirərək millətlə ünsiyyəti, xarici aləmlə dialoqu, media ilə canlı əməkdaşlığı məhz burada yaratmağa nail oldu. İndi Milli Məclisinin nüfuzunun gücləndirilməsi hakimiyyətin xeyrinədir, çünki bu özlüyündə dövlət və vətəndaşlar arasında ən yaxşı otürücüdür, tənzimləyicidir və münasibətlərin formalaşmasında həlledici önəm daşıyır. Milli Məclisin hakimiyyət qolları içərisində “zəif bənd” olması alternativ olmağa çalışan dağıdıcı fikir mərkəzlərinə geniş meydan açır və dövləti sarsıtmağa cəhd edənlərin mənafeyinə xidmət edir. Hər bir Məclis üzvünün fəaliyyəti parlamenti xalqın gözündə təqdim edir, ona milli məzmun verir və institusional təsisat kimi kristallaşmasına yol açır”.
Komitə sədri çıxışında sədarətin yenilənməsi məsələsinə yer verərkən Əli Hüseynlinin birinci vitse-spiker seçilməsini də xüsusi təqdirəlayiq qərar kimi qiymətləndirib:
“Əli Hüseynli hüquq ictimaiyyəti içərisində böyük nüfuza malikdir, eləcə də ictimai rəğbət ünvanıdır, həmçinin parlamentin idarəçiliyində ötən illər ərzində kifayət qədər yüksək bir yer tutmuşdur, həmkarları içərisində ona ehtiram var və Məclisin sədrliyinin gələcəkdə öz fəaliyyətini zamanın çağırışlarına uyğun qurmasında öz rolunu oynayacaqdır”.
Z.Oruc daha sonra çıxışında qeyd edib ki, parlamentin rəhbər strukturlarının formalaşmasında partiyaların önəmli bir yer tutması Azərbaycanın praktikası üçün yeni bir hadisədir:
“Prezidentin nüfuzunun güclü olduğu bir şəraitdə bir partiyalı parlamentar idarəçiliyə deyil, barış və konsensusa gedilməsi tarixi bir hadisədir. Bu müstəqillikdən keçən 29 ildə heç vaxt olmayıb və Sovetlərin iflasından sonra təkpartiyalı sistemdən çoxpartiyalılığa keçidin müxtəlif formalarda özünü göstərən qüsur və yanlışlarının aradan qaldırılması yolunda son dərəcə cəsarətli addımdır. Administrasiyada, yəni ali icra hakimiyyəti orqanında mühüm yer tutan Siyasi partiyalarla iş üzrə şöbə 2019-cu ildə başlanan yeni hakimiyyət quruculuğu ideyasının ən tutarlı göstəricilərindən biri olmaqla dövlətin alternativ baxışları və qüvvələri özünün partnyoru kimi görmək istəyindən xəbər verir. İllərdən bəri zəifləyərək strukturlaşmaqda aciz qalan və cəmiyyəti daha çox radikallığa, fərdi etirazçı cəbhəyə yuvarlanmağa aparan xəttin durduruluması üçün son dərəcə taleyüklü bir qərardan bəhs edirik. Belə siyasi model, yəni, sistemin təkmilləşdirilməsi yönündə atılan mühüm addım gələcəkdə icra hakimiyyətlərinin aşağı pillələrində də həmin partiyaların, hərəkatların, siyasi institutların təmsilçilərinin yer almasına imkan aça bilər”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Əliyevin gündəmi silkələyən nitqi: Nələr dedi?
Əliyevin gündəmi silkələyən nitqi: Nələr dedi?
13.03.20, Siyasət
Heydər Əliyev: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir
Heydər Əliyev: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir
19.01.20, Cəmiyyət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
"Pambıqçılığın inkişafı çoxlu sayda yeni iş yerlərinin açılmasına səbəb oldu" — YAP Siyasi Şurasının üzvü
"Pambıqçılığın inkişafı çoxlu sayda yeni iş yerlərinin açılmasına səbəb oldu" — YAP Siyasi Şurasının üzvü
22.12.19, Gündəm
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
21.12.19, Siyasət
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
18.12.19, Cəmiyyət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?..
Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?..
16.12.19, Siyasət
2 dərəcə şaxta, duman, çiskin - İstirahət günlərinin HAVASI
2 dərəcə şaxta, duman, çiskin - İstirahət günlərinin HAVASI
13.12.19, Cəmiyyət