20
iyul
2020
15:11
1 183


Universal kart

AdRiver


Bakı zooparkında təmir nə vaxt başa çatacaq? - AÇIQLAMA

“Bakı Zooloji Parkında gedən təmir işlərinin ilin sonuna qədər yekunlaşacağı gözlənilir”.
Bu barədə Qanunla.Az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı Zooloji Parkında başlanan təmir işləri hələ ki, davam edir:
“Düzdür, bu istiqamətdə dəqiq məlumat verə bilmərəm. Amma düşünürəm ki, ilin sonuna qədər işlər yekunlaşar. Biz də xəbər gözləyirik ki, tədricən heyvanları yeni yerlərinə köçürək”.
A.Hüseynov karantin rejiminə baxmayaraq, zoorparkda hər şeyin qaydasında olduğunu bildirib:
“Heyvanlarımızın baxımına diqqət edirik. Bu günlərdə dişi şir əməliyyat olunub. Səhər adlı türk həkim, Baytarlıq Elmi Tədqiqat İnstitutunun həkimi İltifat Hacıyev, Bakı Zooloji Parkının həkimləri bu əməliyyatda iştirak ediblər. Təxminən üç saata qədər davam edən əməliyyatdan sonra şirin vəziyyəti normaldır”.
Bakı Zooloji Parkına Belarusdan yeni heyvanların gətiriləcəyini deyən A.Hüseynov bu istiqamətdə danışıqların aparıldığını bildirib:
“Hazırda sənədləşmə işləri aparılır, razılıq artıq alınıb. Biz ora dişi qamış pişiyi göndərəcəyik, Bakı Zooloji Parkına isə üç çay timsahı, bir-iki növ ilan gətirilməsi nəzərdə tutulur. Bizim digər ölkələrdəki zooparklarla sıx əlaqələrimiz var. Heyvanları dəyişmə üsulu ilə zooparkdakı kolleksiyanı genişləndirməyə çalışırıq”.
“Bu müddət ərzində bir neçə xırda quş istisna olmaqla, kütləvi heyvan tələfatı yoxdur”, - deyə, direktor qeyd edib.

Xəbəri paylaşın




Digər xəbərlər:
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
22.04.20, Cəmiyyət
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
16.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
18.12.19, Cəmiyyət