21
iyul
2020
13:18
1 256


Universal kart

AdRiver


Sabahın havası açıqlandı: Şimşək, yağış

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, iyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.   
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-də Abşeron yarımadasında güclü xəzri fonunda havanın temperaturunun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
20.07.20, Cəmiyyət
Sabah 38 dərəcə isti olacaq
Sabah 38 dərəcə isti olacaq
16.07.20, Cəmiyyət
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
14.07.20, Cəmiyyət
Hava pisləşəcək - XƏBƏRDARLIQ
Hava pisləşəcək - XƏBƏRDARLIQ
13.07.20, Cəmiyyət
Küləkli hava davam edəcək
Küləkli hava davam edəcək
09.07.20, Cəmiyyət
Azərbaycanda iyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycanda iyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.
06.07.20, Cəmiyyət
Sabah hava necə olacaq? — PROQNOZ
Sabah hava necə olacaq? — PROQNOZ
27.06.20, Cəmiyyət
Sabahın havası: Güclü külək, leysan
Sabahın havası: Güclü külək, leysan
25.06.20, Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı
23.06.20, Cəmiyyət
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
20.06.20, Cəmiyyət