21
iyul
2020
14:28
1 648


Universal kart

AdRiver


Yüzlərlə hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi - RƏSMİ

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 20 iyul 2020-ci il saat 00:00-dan 21 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1039 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 101 nəfər olmaqla, ümumilikdə 1140 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Qanunla.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 50-si paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-si rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 150 avtomobil geri qaytarılıb, ümumilikdə 340 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
385 avtomobil postlardan geri qaytarıldı
385 avtomobil postlardan geri qaytarıldı
14.07.20, Cəmiyyət
Yüzlərlə avtomobil karantin postlarından keçmək istədi
Yüzlərlə avtomobil karantin postlarından keçmək istədi
06.07.20, Cəmiyyət
Diqqət: Sabahdan xüsusi karantin rejimi iyulun 20-dək uzadılır
Diqqət: Sabahdan xüsusi karantin rejimi iyulun 20-dək uzadılır
04.07.20, Cəmiyyət
Yüzlərlə maşın icazə olmadan postlardan keçmək istədi — RƏSMİ
Yüzlərlə maşın icazə olmadan postlardan keçmək istədi — RƏSMİ
03.07.20, Cəmiyyət
DYP: 1 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
DYP: 1 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
01.07.20, Cəmiyyət
Karantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİ
Karantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİ
22.06.20, Hadisə
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət