21
iyul
2020
14:52
1 451


Universal kart

AdRiver


EkoAvrasya İdarə Heyətinin sədri Hikmət Ərən: Əgər Ermənistan daha miskin duruma düşmək istəmirsə, bir an öncə işğalçılıq siyasətinə son qoymalıdır

Məlum olduğu kimi, iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alındı. Eyni zamanda, işğalçı ölkənin bu addımı bir sıra ölkələr və təşkilatlar tərəfindən qınanmaqdadır. Öz növbəsində, məsələyə münasibət bildirən Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə Heyətinin sədriHikmət Ərən son günlər Azərbaycan-Ermənistan sərhədində düşmən ölkənin hərbi təxribatından sonra cərəyan edən hadisələri yaxından izlədiyini deyib.

Açıqlamasında onsuz da acınacaqlı durumda, siyasi və iqtisadi böhran girdabında olan Ermənistanın pandemiya şəraitindəəsaslı tədbirlərin görülməməsi səbəbilə daha da çətin vəziyyətə düşdüyünü bildirən Hikmət Ərən “Ermənistan iqtisadi və siyasi böhran içərisindədir. Ölkəni böhrandan çıxarmaq üçün heç bir uğurlu addım atmayan və buna görə də xalq arasında nüfuzunu tamamilə itirən Ermənistanın mövcud hakimiyyəti vəziyyətdən çıxış yolunu Azərbaycanla sərhəddə hərbi təxribat törətməkdə gördü. Onlar bununla erməni əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi güdürdülər. Lakin onların bu niyyəti baş tutmadı” deyib. 

Ermənistanın bir terror dövləti olduğunu söyləyən Hikmət Ərən bu ölkənin hər bir addımının da terrorçuluq təfəkkürünə əsaslandığını qeyd edib: “Biz son hadisələr zamanı bir daha bunun şahidi olduq. Belə ki, Ermənistan silahlı qüvvələri təkcə sərhəddəki Azərbaycan əsgərlərini deyil, eyni zamanda, sərhəd bölgəsində yaşayan dinc sakinləri də hədəfə alıb. Xaricdəki bəzi dairələrin, bir sıra ölkələrin təhriki və erməni disporunun da istəyi ilə bu cinayəti törədən Ermənistan hər zaman lənətlə anılacaq”. 

Hikmət Ərən Azərbaycanın mövcud siyasi, iqtisadi və hərbi gücünün çox yüksək olduğunu da vurğulayıb: “Son illərdə həyata keçirilən islahatlar nəticəsində Cənubi Qafqaz regionunda sabitliyin və inkişafın ünvanı olan Azərbaycana qarşı təxribatlar həyata keçirən Ermənistan heç bir nəticə əldə edə bilməyəcək. Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün atılan bu addımlar Ermənistana heç bir uğur vəd etmir. Əksinə, bu cür davranış Ermənistanı mühüm regional və qlobal layihələrdən kənarda qoymaqda davam edəcək. Əgər Ermənistan daha da miskin duruma düşmək istəmirsə, bir an öncə işğalçılıq siyasətindən əl çəkməlidir”.

Türkiyənin hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana lazım olan bütün dəstəyi göstərəcəyinin bəyan edilməsinin Türk dünyası tərəfindən böyük məmnuniyyətlə qarşılandığını deyən Hikmət Ərən daha sonra bildirib: “Bu gün Qafqazda sabitliyin davam etməsinin tərəfdarı olan və Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən bir Türkiyə var. Xüsusilə, də cənab Rəcəb Tayyib Ərdoğanın “əcdadın əsrlər boyunca yerinə yetirdiyi bir vəzifəni Qafqazlarda yenə də yerinə yetirməkdə davam edəcəyik” sözləri Türk dünyasında böyük coşqu ilə qarşılanıb, dosta güvən, düşmənə isə qorxu bəxş edib. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının güclü olması və tarixi vəzifələrin yerinə yetirilməsi məsələsində tərəddüd etmədən addımların atıla biləcəyinin bəyan edilməsi Azərbaycanın tək olmadığnı bir daha təsdiqləyir. Bizim də eyni qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atacağı hər addımda qardaş ölkənin yanında olacağımızı və Azərbaycan-Türkiyə qardaşlığının qiyamətə qədər davam edəcəyini bir daha bəyan edirəm”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
Bütün bunlar Azərbaycanda siyasi partiylar arasında birlik və həmrəyliyin yüksək olduğunu göstərir
Bütün bunlar Azərbaycanda siyasi partiylar arasında birlik və həmrəyliyin yüksək olduğunu göstərir
16.07.20, Siyasət
Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür
Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür
13.07.20, Siyasət
Prezidentin köməkçisi: Ermənistan ərazi əldə etməyib
Prezidentin köməkçisi: Ermənistan ərazi əldə etməyib
12.07.20, Siyasət
Anar Məmmədov:Regionda ən acınacaqlı vəziyyət Ermənistandadır
Anar Məmmədov:Regionda ən acınacaqlı vəziyyət Ermənistandadır
01.07.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət