23
iyul
2020
14:12
2 073


Universal kart

AdRiver


DYP karantini pozduqlarına görə cərimələnən sürücülərin sayını açıqladı

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 22 iyul 2020-ci il saat 00:00-dan 23 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 010 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 104 nəfər olmaqla, ümumilikdə 1 114 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 55-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-si rayon, 65-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 70-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 135 avtomobil geri qaytarılıb, ümumilikdə 345 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Yüzlərlə hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi - RƏSMİ
Yüzlərlə hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi - RƏSMİ
21.07.20, Cəmiyyət
385 avtomobil postlardan geri qaytarıldı
385 avtomobil postlardan geri qaytarıldı
14.07.20, Cəmiyyət
Yüzlərlə avtomobil karantin postlarından keçmək istədi
Yüzlərlə avtomobil karantin postlarından keçmək istədi
06.07.20, Cəmiyyət
Yüzlərlə maşın icazə olmadan postlardan keçmək istədi — RƏSMİ
Yüzlərlə maşın icazə olmadan postlardan keçmək istədi — RƏSMİ
03.07.20, Cəmiyyət
DYP: 1 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
DYP: 1 403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
01.07.20, Cəmiyyət
Karantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİ
Karantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİ
22.06.20, Hadisə
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət