23
iyul
2020
14:52
1 155


Universal kart

AdRiver


Azərbaycanda restoranda saxlanılan vəhşi heyvanlar Altıağac Milli Parkına təhvil verildi - FOTO

“Ağstafa rayonundakı “Yaşıl Göl” ailəvi istirahət mərkəzindən götürülən iki ayı və iki canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.
Qanunla.Az xəbər verir ki, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulovun barəsində isə akt və protokol tərtib olunub, o, vəzifəli şəxs qismində 2 000 manat məbləğində cərimə edilib. 
A.Səmədova kafe, restoran sahiblərinə çağırış edərək bildirib ki, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qəti əleyhinədirlər və bu, vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla da yolverilməz hesab olunur:
“Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Məhkəmə həbsdə olan DSX polkovniki ilə bağlı qərar verdi — ÖZƏL
Məhkəmə həbsdə olan DSX polkovniki ilə bağlı qərar verdi — ÖZƏL
07.07.20, Kriminal
Tibb işçilərinə may ayı üzrə 13,7 milyon manat müddətli əlavə ödənilib
Tibb işçilərinə may ayı üzrə 13,7 milyon manat müddətli əlavə ödənilib
23.06.20, Cəmiyyət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
Prezidentdən 9 yüksək vəzifəyə təyinatlar
13.05.20, Siyasət
Gizli fəaliyyət göstərən kafe aşkarlandı, sahibi həbs olundu
Gizli fəaliyyət göstərən kafe aşkarlandı, sahibi həbs olundu
11.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
20.12.19, İqtisadiyyat