24
iyul
2020
13:20
1 889


Universal kart

AdRiver


Praqanın mərkəzində poster: “Qarabağ Azərbaycandır!”

Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb.
Qanunla.Az-ın məlumatına görə, bu aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib.
Çex dilində yazılmış poster Çexiyanın Prezident sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib.
Məqsəd ölkənin dövlət xadimlərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında qaldığına, BMT-nin məlum dörd qətnaməsinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmadığına cəlb etməkdir.
Qeyd edək ki, Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütovlüyünün təmin olunması tələbi ilə etiraz aksiyası keçirəcək.
Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuza və xarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.

Xəbəri paylaşın




Digər xəbərlər:
Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirdi
Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirdi
21.07.20, Dünya
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" — Ombudsman
"Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilməlidir" — Ombudsman
13.07.20, Siyasət
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
30.05.20, Cəmiyyət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev doğru qərarlar qəbul etdi
İlham Əliyev doğru qərarlar qəbul etdi
27.03.20, Gündəm
Qarabağ icmasının bəyanatı BMT-nin sənədi kimi yayıldı
Qarabağ icmasının bəyanatı BMT-nin sənədi kimi yayıldı
08.02.20, Siyasət
“Çünki mən sizə irad tutmuşam” - Prezident
“Çünki mən sizə irad tutmuşam” - Prezident
26.12.19, Siyasət