24
iyul
2020
14:42
2 067


Universal kart

AdRiver


Azərbaycanda 85 mindən çox ailə dağılıb – 6 ilin STATİSTİKASI

Azərbaycanda son 6 il ərzində boşanma hallarının sayı artıb. Qanunla.Az-ın məlumatına görə, ötən il Azərbaycanda 17 148 boşanma halı baş verib ki, bu da son 6 il üzrə ən yüksək göstəricidir.
Ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 boşanma halı baş verib.
Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5, 2019-cu ildə 1,7 olub.
Ötən il ərzində Azərbaycanda nikaha daxil olanların sayı 2017 və 2018-ci ilə nisbətən çox olsa da, bu rəqəm 2014-cü ildəki göstəricini üstələyə bilməyib.
2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4, 2019-cu ildə 6,4 olub.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, boşanmaların səbəbləri xasiyyətlərin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələrdir.
Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.
2019-cu ildə 12 560 nikah xasiyyətlərinin tutmamasına, 793 nikah xəyanətə, 724 nikah uşaqlarının olmamasına, 709 nikah ailədaxili zorakılığa, 654 nikah maddi duruma, 605 nikah isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə pozulub.

Xəbəri paylaşın




Digər xəbərlər:
Dövlətin pandemiya dövründə dəstək olduğu sahələr açıqlandı
Dövlətin pandemiya dövründə dəstək olduğu sahələr açıqlandı
23.07.20, Cəmiyyət
Mayda Azərbaycanda deflyasiya olub
Mayda Azərbaycanda deflyasiya olub
10.06.20, İqtisadiyyat
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
"Əmək pensiyaları haqda" yeni layihənin mahiyyəti AÇIQLANDI
"Əmək pensiyaları haqda" yeni layihənin mahiyyəti AÇIQLANDI
24.05.20, Sosial
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Əhalisinin sayı 10 milyon olan ölkələr arasında ən az ölüm faktı Azəbaycanda qeydə alınıb — FOTO
Əhalisinin sayı 10 milyon olan ölkələr arasında ən az ölüm faktı Azəbaycanda qeydə alınıb — FOTO
16.05.20, Cəmiyyət
Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda inflyasiya açıqlandı
15.05.20, İqtisadiyyat
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət