24
iyul
2020
16:05
1 210


Universal kart

AdRiver


Dağ Yəhudiləri dini icmasının rəhbərindən dünya yəhudilərinə müraciət

Qanunla.Az xəbər verir ki, ayrı-ayrı ölkələrdə ermənilərin azərbaycanlılara qarşı zorakılıq tətbiq etməsinə Qubanın Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev kəskin etiraz edib.
O, azərbaycanlıları təmkinli olmağa və bütün dünyanı haqlı ölkənin yanında dayanmağa çağırıb:
"Erməni işğalçıları bütün dünyada azəbaycanlılara qarşı düşmən münasibət sərgiləyir, kobud davranırlar. Los-Anceles və Brüsseldə baş verən hadisələr də buna sübutdur. Moskvada gördünüz yəqin ki, təkcə bazarda azərbaycanlılar necə birlik göstərib ermənilərin malının bazara buraxmadılar. Çünki Moskvada azərbaycanlılar çoxdur və ermənilər orda ABŞ-da, Belçikada etdikləri kimi edə bilməzlər.
Məlum məsələdir ki, Brüssel və Los-Anceles azərbaycanlıların az məskunlaşdığı şəhərlərdir, ermənilər də say çoxluğundan istifadə edib belə zorakı əmələ əl atırlar.
Mən istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da düşmənin etdiyi kimi zorakılığa əl atmasınlar. Biz erməni deyilik, onlar alçaq adamlardır. Onlar kimi dava-dalaşa əl atıb təxribat yaratmaq bizə yaraşmaz. Belə məqamda səbrli olmaq lazımdır, xaricdə yaşayan vətəndaşlarımız dövlətin yanında durub, təmkinlə, ağılla ermənilərə cavab verməlidir.
İndi görürsünüz ki, əksər ölkələrdə də demək olar ki, bütün sahələrdə emənilərin yox, bizim tərəfimizi saxlayırlar, azərbaycanlıların haqlı mövqeyini dəstəkləyirlər. Bir ABŞ-da güclü erməni lobbisi var ki, onların da lazımı cavabı ağılla, məntiqlə veriləcək, mən buna əminəm. Yetər ki, soydaşlarımız hörmətli prezidentimizin yanında olsun, provakasiyaya getməsin!
Biz dinindən, inancından aslı olmayaraq bütün insanları Azərbaycanın, yəni haqlı tərəfin yanında olmağa səsləyirik. Bütün dünya yəhudiləri belə məqamda doğru ölkənin, haqlı tərəfin yanında olmalıdır və yəhudiləri buna çağırıram!".

Xəbəri paylaşın




Digər xəbərlər:
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24.07.20, Cəmiyyət
DAK-dan Qarabağ bəyanatı: Geri çəkilməyəcəyik!
DAK-dan Qarabağ bəyanatı: Geri çəkilməyəcəyik!
23.07.20, Cəmiyyət
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
12.07.20, Cəmiyyət
Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarda erməni kilsəsinin rolu
Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarda erməni kilsəsinin rolu
22.06.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət