24
iyul
2020
16:22
1 131


Universal kart

AdRiver


“Toyota” Avropada yeni brend loqotipini və dizayn tərtibatını təqdim etdi

“Toyota” Avropada brend loqosu və tərtibatının yenilənmiş versiyasını təqdim etdi. Bu, “Toyota” üçün yeni eradan xəbər verir. Belə ki, “Toyota” bir avtomobil şirkətindən mobillik şirkətinə çevrilir.
Artan mobillik məhsulları və xidmət çeşidləri üçün brendə üz tutan müxtəlif müştəri bazasına ünvanlı təkmilləşdirilən yeni dizayn dili həm rəqəmsal, həm də real ünsiyyət vasitələri baxımından mükəmməldir.
Yeni vizual identifikasiya sadəliyə və dörd əsas prinsipə əsaslanır: uzaqgörənlik, mobilliyə hazırlıq, daha premiumluq hissi və bütün biznes vahidləri və subbrendləri arasında son dərəcə uyğunluq.
“Toyota”nın yeni brend loqotipi “Toyota” sözünü ləğv etməklə, sadə ikiölçülü emblemdən ibarətdir, çünki emblem özü Avropada yetəri qədər məşhurdur. Bu dizayn sadəlik, şəffaflıq və müasirlikdən xəbər verir və həm rəqəmsal məkana mükəmməl uyğunlaşır, həm də real şəraitdə eyni dərəcədə effektivdir. Yeni loqotip bütün ünsiyyət vasitələrində tətbiq ediləcək, lakin cari loqotip hələ də nəqliyyat vasitələrində istifadə ediləcək.
“Biz brendin yeni vizual dizaynını “sabahı” düşünərək yaratmışıq. Məqsədimiz “Toyota”nın elektrik avtomobilləri, mobillik xidmətləri və onlayn satış tempinə uyğunlaşması üçün müştərilərlə ən mükəmməl şəkildə ünsiyyətini təmin etməkdir”.
Didiye Gambart, “Toyota Motors” Avropa, Satış, Marketinq və Müştəri Təcrübəsi üzrə vitse-prezident
Şəkillərə baxmaq üçün: http://newsroom.toyota.eu/

Xəbəri paylaşın




Digər xəbərlər:
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
I, V və IX siniflər üçün dərsliklər yenidən hazırlanacaq
I, V və IX siniflər üçün dərsliklər yenidən hazırlanacaq
26.06.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
28.04.20, Gündəm
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət