25
iyul
2020
11:51
1 363


Universal kart

AdRiver


Zibilə görə "zibilə düşə" bilərsiniz - Xəbərdarlıq

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.
Azərbaycan Daxili İşlər Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, təkcə cari ilin iyun ayında birgə keçirilmiş tədbirlər zamanı Bakı şəhərində və Abşeron rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 6 vəzifəli, 4 fiziki şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.
Onlara tətbiq olunmuş cərimələr 24.400 manat təşkil edib.
Ümumilikdə, cari ilin 6 ayı ərzində bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması), 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddələrinin tələblərini pozmuş 508 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tədbiq olunmuş cərimələr 54080 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Azərbaycanda iki nazirlik əhaliyə müraciət etdi: “Tədbirlər görüləcək”
Azərbaycanda iki nazirlik əhaliyə müraciət etdi: “Tədbirlər görüləcək”
08.06.20, Cəmiyyət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində - YENİLƏNİB+FOTO
İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində - YENİLƏNİB+FOTO
27.12.19, Siyasət