26
iyul
2020
10:00
1 427


Universal kart

AdRiver


Sevinc Osmanqızı ermənilərə bu cür dəstək verdi

Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib.
Qanunla.Az xəbər verir ki, soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı sivil mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb.
O iddia edib ki, guya bu gün sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir. “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir. Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, “baxın, azərbaycanlılar özləri öz əməllərini ifşa edirlər”, - desinlər.
“Onlar (xaricdə yaşayan azərbaycanlılar - red.) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist ermənilərin üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları “görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görmür? “Mən yenə də davanı kimin başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı əlavə edir: “Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”. Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı.
Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidləri də unudub... Bütün bunlar bir yana, belə çıxır Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da “unudub”.
Yoxsa atasının qatili olan erməniləri bu qədər can-başla müdafiə etməzdi.

Xəbəri paylaşın




Digər xəbərlər:
ABŞ Konqresindən ermənilərə daha bir zərbə
ABŞ Konqresindən ermənilərə daha bir zərbə
21.07.20, Siyasət
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
12.07.20, Cəmiyyət
Əliyevin Bakı və İrəvanı silkələyən çıxışı...
Əliyevin Bakı və İrəvanı silkələyən çıxışı...
02.06.20, Gündəm
Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər — “Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər — “Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
27.05.20, Cəmiyyət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Müxalifət çalxalanır — Milli Şura REAL, Altay Göyüşov Sevinc Osmanqızı ilə üz-üzə...
Müxalifət çalxalanır — Milli Şura REAL, Altay Göyüşov Sevinc Osmanqızı ilə üz-üzə...
27.04.20, Siyasət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət