26
iyul
2020
13:21
625


Universal kart

AdRiver


Sabahın havası: Güclü külək, leysan, dolu

Sabaha olan hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Qanunla.Az-a verdiyi məlumata görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında zəif duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz  30-35, Bakıda  gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. 
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.  
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz  20-25 dərəcə  isti olacaq.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
24.07.20, Cəmiyyət
Sabahın havası açıqlandı: Şimşək, yağış
Sabahın havası açıqlandı: Şimşək, yağış
21.07.20, Cəmiyyət
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
20.07.20, Cəmiyyət
Sabah 38 dərəcə isti olacaq
Sabah 38 dərəcə isti olacaq
16.07.20, Cəmiyyət
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
14.07.20, Cəmiyyət
Hava pisləşəcək - XƏBƏRDARLIQ
Hava pisləşəcək - XƏBƏRDARLIQ
13.07.20, Cəmiyyət
Küləkli hava davam edəcək
Küləkli hava davam edəcək
09.07.20, Cəmiyyət
Sabahın havası: Güclü külək, leysan
Sabahın havası: Güclü külək, leysan
25.06.20, Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı
23.06.20, Cəmiyyət
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
20.06.20, Cəmiyyət