27
iyul
2020
11:47
1 702


Universal kart

AdRiver


Azərbaycan polisi bu gərgin günlərdə olduqca yüksək peşəkarlıq nümayiş etdirir-Polkovnik Leytenant Urman Ağayev

Azərbaycan polisi bu gərgin günlərdə olduqca yüksək peşəkarlıq nümayiş etdirir-Polkovnik-Leytenant Urman Ağayev.

Azərbaycan polisləri gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir.Küçə-küçə gəzərək insanlarla profilaktik söhbətlər edən, onlara ən zəruri məsləhətləri verən də polislərimizdir. Soyuqda, küləkdə, qızmar günəş altında postlarda insanlarla təmkinlə davranan, bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə ən yüksək nəzakət nümayiş etdirən polis işçilərimiz oldu.  Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur. Məsələn,içində olduğumuz Koronovirus pandemiyası günlərində vətəndaşlarımız evlərində istirahət etdir, polis əməkdaşları isə gücləndirilmiş iş rejimində işləyir. Bəs bu bayram günlərində kim bütün günü təhlükəsizliyin keşiyində dayandı, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün öz canını, qanını əsirgəmədi, təhlükənin üzərinə kim  getdi? -Təbii ki,Azərbaycan polisi!
Qeyd etmək lazımdır ki, bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da, bu riskin çətiri altında yaşamağa məhkum edir. Adam bəzən hissə qapılır və polisin fəaliyyətində riskin miqyasını görə, qiymətləndirə bilmir. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Əslində polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.
İnkişaf edən dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Amma daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə də, polis peşəsi çətin və şərəfli olaraq qalır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ümummilli liderin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi. Bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi nəticəsində, qanunçuluğun və yanaşmağı bacarmalıdır. Azərbaycan polisi də öz xidmətinə bu cür yanaşır və nəticələr də göz qabağındadır.İctimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalıdır, xidmətinə qanun çərçivəsində, həm də yaradıcı Azərbaycan ictimai təhlükəsizliyin etibarlı qorunduğu və kriminal durumun nəzarət altında olduğu ölkələri sırasına daxil oldu. Hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır.Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.Biz Zərdab rayon polis əməkdaşlarımızdakı bu xüsusiyyətləri pandemiya dövründə daha aşkar görə bildik. Hazırda insanlarımızın vərdiş etmədikləri karantin qadağaları zamanı müşahidə etdik ki, onların bəzi mənfi hərəkətlərinə belə polislərimiz anlayış və dözüm nümayiş etdirirlər. Bir çox insanlar bəzən karantin rejimində daha əsəbi və həssas mövqe ortaya qoyduqları halda, əksinə, polis əməkdaşlarımızda təmkin və səbir görürük.
Qeyd edək ki,Urman Hökümulla oğlu Ağayev 1982-ci ildə Kürdəmir rayonunda anadan olub. Ali-hüquq təhsillidir. Üc övladlı var.Zərdab rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Urman Ağayev kabinetinin qapıları həmişə sadə vətəndaşların üzünə açıqdır.Polkovnik-leytenantı Urman Ağayevin qəbul günləri yoxdur,kimin nə şikayəti, nə dərdi varsa, birbaşa müraciət edə bilir.


Allah Azərbaycan polisini qorusun!

Qanunla.Az

Xəbəri paylaşın




Digər xəbərlər:
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət