27
iyul
2020
15:24
1 223


Universal kart

AdRiver


Koronaviruslu xəstələrin görüntülü zənglər vasitəsilə diaqnostikası aparılacaq - RƏSMİ

Səhiyyə Nazirliyinin “Teletəbabət” adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirusla mübarizənin gücləndirilməsi üzrə görülən tədbirlər sırasında bu yenilik son texnologiyaların təqdim etdiyi imkanlardan irəli gəlib.
“Teletəbabət” pilot layihəsinin çərçivəsində xəstələr həkim qəbulundan onlayn video bağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb.
Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər tərəfindən öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən onlayn qaydada həkim məsləhətlərinin alınmasına start verilib.
Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün istifadəsi olduqca rahat və sadədir. Bunun üçün “Doctor Online” tətbiqini cihaza sadəcə yükləmək kifayətdir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görüntülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətlərini göstərir.
Daha çox insanın bu yenilikdən istifadə etməsi məqsədilə AR Səhiyyə Nazirliyinin “Teletəbabət” layihəsindən yararlanmaq qaydaları haqqında ətraflı məlumat elanlar şəklində pilot layihənin tətbiq olunduğu Bakı şəhər poliklinikaların ərazi sahələri və yaşayış yerlərində artıq yerləşdirilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Səhiyyə Nazirliyinin rəsmisi: “Onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir”
Səhiyyə Nazirliyinin rəsmisi: “Onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir”
10.07.20, Cəmiyyət
"Sahibkarın kredit faizi 7,5 və daha az olacaq"
"Sahibkarın kredit faizi 7,5 və daha az olacaq"
14.06.20, İqtisadiyyat
Tələbələrə ŞAD XƏBƏR
Tələbələrə ŞAD XƏBƏR
27.05.20, Sosial
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət