28
iyul
2020
10:37
1 502


Universal kart

AdRiver


Sərhəddə əməliyyat keçirildi


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qanunla.Az-a verilən məlumata görə, 21 iyul tarixində, saat 02:43 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki 2 ədəd çanta ilə ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.

Saxlanılan şəxslərin Astara rayon sakinləri 1993-cü il təvəllüdlü Quliyev Təbriz Əzizağa oğlu və 1995-ci il təvəllüdlü Nabatzadə Şahin İbrət oğlu olması müəyyənləşdirilib. Sərhəd pozucularının çantalarına baxış zamanı ümumi çəkisi 19 kq 625 narkotik vasitə və 1050 ədəd həb (2 kq “metamfetamin”, 12 kq 625 qr “heroin”, 5kq “tiryək”, 1050 ədəd “Preqabalin” həbi)  aşkar olunaraq götürülüb.

22 iyul tarixində, saat 01:10 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.
 
Saxlanılan şəxsin 1982-ci il təvəllüdlü Ağcabədi rayonunun Ağabəyli kənd sakini Mamedov Elvin Vidadi oğlu olması müəyyən olunub, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 10 qram narkotik vasitə “tiryək”ə bənzər maddə aşkar olunaraq götürülüb.
 
Hər iki fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Azərbaycan-İran sərhədində atışma oldu — Ölən var
Azərbaycan-İran sərhədində atışma oldu — Ölən var
30.06.20, Hadisə
“Azəriqaz”ın məsul işçisi İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr keçirdi — Onu satarkən tutuldu
“Azəriqaz”ın məsul işçisi İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr keçirdi — Onu satarkən tutuldu
25.06.20, Kriminal
Azərbaycan-İran sərhədində atışma: ölən var
Azərbaycan-İran sərhədində atışma: ölən var
18.06.20, Cəmiyyət
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
17.06.20, Hadisə
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
İrandan Azərbaycana 23 kq narkotik keçirmək istəyərkən yaxalandı - FOTO
İrandan Azərbaycana 23 kq narkotik keçirmək istəyərkən yaxalandı - FOTO
15.05.20, Kriminal
Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı - FOTO
Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı - FOTO
09.05.20, Hadisə
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Azərbaycan-İran sərhədində atışma olub, ölən var
23.04.20, Hadisə
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət