28
iyul
2020
14:00
1 130


Universal kart

AdRiver


Sabah qərb küləyi əsəcək, leysan yağacaq

Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. 
Ekologiya və Milli Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın əsasən şimal və qərb rayonlarında gündüz saatlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-24 dərəcə  isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 29-da gündüz və iyulun 30-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sabahın havası: Güclü külək, leysan, dolu
Sabahın havası: Güclü külək, leysan, dolu
26.07.20, Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
24.07.20, Cəmiyyət
Sabahın havası açıqlandı: Şimşək, yağış
Sabahın havası açıqlandı: Şimşək, yağış
21.07.20, Cəmiyyət
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
20.07.20, Cəmiyyət
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
14.07.20, Cəmiyyət
Hava pisləşəcək - XƏBƏRDARLIQ
Hava pisləşəcək - XƏBƏRDARLIQ
13.07.20, Cəmiyyət
Küləkli hava davam edəcək
Küləkli hava davam edəcək
09.07.20, Cəmiyyət
Sabah hava necə olacaq? — PROQNOZ
Sabah hava necə olacaq? — PROQNOZ
27.06.20, Cəmiyyət
Sabahın havası: Güclü külək, leysan
Sabahın havası: Güclü külək, leysan
25.06.20, Cəmiyyət
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
20.06.20, Cəmiyyət