28
iyul
2020
14:06
1 435


Universal kart

AdRiver


Bakıda birinci sinifə qəbulla bağlı 44 mindən artıq elektron müraciət daxil oldu

İyulun 28-nə (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinifinə 44 mindən artıq uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların birinci sinifə qəbulu üçün məktəb seçimi davam edir.
Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq, qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.
Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “WhatsApp” nömrələri (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupuna təqdim edə bilərlər. İşçi qrupu tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri kömək göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.
Onu da qeyd edək ki, birinci sinifə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər
Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər
16.06.20, Cəmiyyət
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
01.06.20, Siyasət
Tələbələrə ŞAD XƏBƏR
Tələbələrə ŞAD XƏBƏR
27.05.20, Sosial
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Bu gündən birinci sinfə elektron qeydiyyat başladı — Valideynlərin nəzərinə!
Bu gündən birinci sinfə elektron qeydiyyat başladı — Valideynlərin nəzərinə!
29.03.20, Cəmiyyət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət