28
iyul
2020
14:36
1 167


Universal kart

AdRiver


Yasamal gölü ərazisi əvvəlki vəziyyətə gətirilib - FOTOLAR

Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər birbaşa Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlanmışlar. Müraciətə baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb. Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətə baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb.
Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.
Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin ediliblər ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu barədə söhbət gedə bilməz. 
Hazırda "Üç Tac" yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatacaq. 




Xəbəri paylaşın




Digər xəbərlər:
Zərdab rayonunda Həsən bəy Zərdabi anıldı  FOTO-VİDEO
Zərdab rayonunda Həsən bəy Zərdabi anıldı FOTO-VİDEO
22.07.20, Gündəm
Azərbaycan Mətbuatının 145 Illiyi, Həsən Bəy Zərdabi İrsinin Təbliğinə Həsr Olunmuş Silsilə Videokonfranslar Keçirilir-FOTO
Azərbaycan Mətbuatının 145 Illiyi, Həsən Bəy Zərdabi İrsinin Təbliğinə Həsr Olunmuş Silsilə Videokonfranslar Keçirilir-FOTO
18.07.20, Cəmiyyət
“Həsən Bəy Zərdabi Həftəsi” online video konfrans formatında uğurla davam edir-FOTOLAR
“Həsən Bəy Zərdabi Həftəsi” online video konfrans formatında uğurla davam edir-FOTOLAR
10.07.20, Cəmiyyət
Həsən Bəy Zərdabi irsinin təbliği məqsədilə beynəlxalq və yerli online videokonfransların təşkili uğurla və effektiv davam etdilir-FOTOLAR
Həsən Bəy Zərdabi irsinin təbliği məqsədilə beynəlxalq və yerli online videokonfransların təşkili uğurla və effektiv davam etdilir-FOTOLAR
06.07.20, Cəmiyyət
Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib (FOTO)
Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu “Həsən Bəy Zərdabi Həftəsi”nə start verib (FOTO)
01.07.20, Cəmiyyət
“28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi  Həftəsi” keçirilir
“28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi Həftəsi” keçirilir
28.06.20, Cəmiyyət
Zərdabda abadlıq-quruculuq işləri geniş vüsət alıb-FOTOLAR+VİDEO
Zərdabda abadlıq-quruculuq işləri geniş vüsət alıb-FOTOLAR+VİDEO
26.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Bu icra başçıları vəzifədən azad edildi - Yekun
Bu icra başçıları vəzifədən azad edildi - Yekun
26.12.19, Cəmiyyət