29
iyul
2020
13:53
1 143


Universal kart

AdRiver


Soydaşlarımız Niderland polisinə təşəkkür ediblər

Niderland Krallığında yaşayan azərbaycanlılar ölkə polisinin Haaqa şəhər bölməsinə təşəkkür məktubu ilə müraciət ediblər.
Qanunla.Az xəbər verir ki, müraciətdə bildirilib ki, iyulun 17-də Azərbaycanın Niderlanddakı səfirliyinin önündə erməni icmasının 7 saatlıq aksiya keçirmək cəhdi əslində məkrli niyyətə xidmət edib. Onlar 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən zəbt olunmasına və Qarabağdan çox uzaqda yerləşən Azərbaycan sərhəddində erməni silahlı qüvvələrinin atəşkəsi pozaraq 14 nəfəri öldürməsinə etiraz edən azərbaycanlı icmasını qıcıqlandırmaq və təxribata cəlb etmək məqsədi güdüblər.
Buna görə də soydaşlarımız hər hansı təxribatın baş verməməsi üçün səfirliyin ərazisində toplaşaraq, ermənilərin yerli ictimaiyyətdən əsl həqiqəti gizlətmək və yalan məlumatlandırmaq cəhdinə etirazlarını bildiriblər. Amma azərbaycanlıların bu nəcib hərəkəti belə ermənilərin azğın əməllərə yol verməsinin qarşısını almayıb. Ermənilər dinc və sakit aksiya keçirəcəkləri haqqında verdikləri vədlərini pozaraq, insanların hisslərinə, sərhəddə öldürülən azərbaycanlıların ruhuna hörmətsizlik edərək, mitinq yerində diskoteka təşkil ediblər və insani dəyərlərlə bir araya sığmayan təhqiredici şüarlar səsləndiriblər. Bununla da kifayətlənməyib, səfirliyin həyətində toplaşan azərbaycanlılara şüşə su qabları və daş atmağa başlayıblar.
Soydaşlarımız xüsusilə qeyd ediblər ki, məhz mitinqə nəzarət edən polislərin erməni təxribatlarına vaxtında və çevik müdaxiləsi nəticəsində insidentlərin qarşısı alınıb və Belçikadakı hadisələr Niderlandda baş verməyib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24.07.20, Cəmiyyət
Belçikadakı aksiyada yaralanan REAL TV-nin əməkdaşı erməni vəhşiliyindən DANIŞDI — VİDEO
Belçikadakı aksiyada yaralanan REAL TV-nin əməkdaşı erməni vəhşiliyindən DANIŞDI — VİDEO
23.07.20, Cəmiyyət
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
“Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib - FOTOLAR
12.07.20, Cəmiyyət
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
06.07.20, Cəmiyyət
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
30.05.20, Cəmiyyət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Qarabağ icmasının bəyanatı BMT-nin sənədi kimi yayıldı
Qarabağ icmasının bəyanatı BMT-nin sənədi kimi yayıldı
08.02.20, Siyasət