30
iyul
2020
14:24
1 282


Universal kart

AdRiver


Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Bəyanat yaydı

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının son günlər xaricdə soydaşlarımıza qarşı törədilən təxribatlarla bağlı BƏYANATI Ermənistan silahlı qüvvələrinin Tovuzda təxribat törətməsi və hərbçilərimizin layiqli cavab vermələrindən sonra növbəti dəfə daxili narazı qüvvələrin diqqətini yayındırmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyanın diqtəsi ilə erməni diaspor təşkilatlarının ölkə xaricində törətdiyi təxribatların, Azərbaycanın səfirliyinə, dipomatik nümayəndələrinə hücum cəhdərinin, zorakılıq hallarının qarşısı azsaylı qəhrəman oğul və qızlarımız tərəfindən qətiyyətlə alınmışdır.
Bu zaman xeyli sayda həmvətənlərimizə ciddi xəsarət yetirilmişdir… Ən ciddi hadisələr, çoxsaylı hücumlar ABŞ, Belçika, Rusiya və başqa ölkələrdə baş vermişdir. Dünya azərbaycanlılarının erməni barbarlığı qarşısında birləşdiyi bir zamanda həmişəki kimi xaricdən söyüş söyən, söyüş soyənlərə efir ayıran, efirində min bir yalan, böhtan yağdıran, ölkə daxilində olduğu kimi, ölkə xaricində də antixalq, antidovlət fəaliyyətini davam etdirən bu ünsürlər, daha da irəli gedərək ermənilərin başladığı təxribatı görməzdən gəlmiş, Azərbaycanı qarşıdurma yaratmaqda günahkar bilmişlər. Sevinc Osmanqızı, Milli Şuranın rəhbərliyinə daxil olan Cəmil Həsənli, Əli Kərimli və başqaları milli və dövlət maraqlarının əleyhinə çıxışlar etmiş, Azərbaycanın ünvanına ittihamlar səsləndirmişlər… Özünü muxifət liderlərindən hesab edən Rəsul Quliyev özünəməxsus məntiqlə, daha doğrusu məntiqsizliklə heç bir analoqu olmayan təklif vermişdir. O bildirmişdir ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” ərazisində ermənilərin yaşadığı ərazi böyüklüyündə, lakin Ermənistan-Azərbaycan sərhədində onlara verilməsi məqsədəuyğun olardı və münaqişəyə son qoyulardı. Göründüyü kimi, Rəsul Quliyevi torpaq düşündürmür. Özünə məxsus olan əmlak kimi Azərbaycan torpaqlarını hərraca çıxarır. Bununla həm Milli Şura rəhbərliyində təmsil olunan Cəmil Həsənlinin, Əli Kərimlinin, eləcə də ölkədən kənarda yaşayan Rəsul Quliyevin və onların ətrafında olan bəzi insanların ölkəmizin mənafeyinə zidd hərəkət və bəyanatları davam etməkdədir və xalqımızda ikrah hissi doğurur. Qərbi Azərbaycan İcmasının İdarə heyəti Sevinc Osmanqızı, Cəmil Həsənli və Əli Kərimlinin, sabiq Ali Sovet sədri Rəsul Quliyevin və onların ətrafında olanların antixalq, antidövlət fəaliyyətlərinin, eləcə də təxribatçı ermənilərin xarici ölkələrdəki diplomatik missiya nümayəndələrimizə qarşı hücumlarını qətiyyətlə pisləyir və lənətləyirik. Belələri birdəfəlik bilməlidirlər ki, Azərbaycan xalqı son nəfərinə qədər dövlətinin və bu dövlətin Prezidenti İlham Əliyevin yanındadır, bu xalq və hakimiyyət birliyi sayəsində yaxın zamanlarda işğal altında olan torpaqlarımızın son qarışına qədər azad ediləcəyinə tamamilə əmindir.

Xəbəri paylaşın




Digər xəbərlər:
“Erməni vandallıqlarına beynəlxalq hüquqi qiymət verilməlidir” – Naqif Həmzəyev
“Erməni vandallıqlarına beynəlxalq hüquqi qiymət verilməlidir” – Naqif Həmzəyev
24.07.20, Siyasət
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24.07.20, Cəmiyyət
Bu məşhur qəzet Hacıyevin məqaləsini yaydı
Bu məşhur qəzet Hacıyevin məqaləsini yaydı
21.07.20, Siyasət
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
Prezidentin köməkçisi: Ermənistan ərazi əldə etməyib
Prezidentin köməkçisi: Ermənistan ərazi əldə etməyib
12.07.20, Siyasət
Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti onlayn iclası keçirildi
Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti onlayn iclası keçirildi
02.06.20, Cəmiyyət
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB
30.05.20, Cəmiyyət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Qarabağ icmasının bəyanatı BMT-nin sənədi kimi yayıldı
Qarabağ icmasının bəyanatı BMT-nin sənədi kimi yayıldı
08.02.20, Siyasət