31
iyul
2020
12:58
2 313


Universal kart

AdRiver


Allahınız olsun, 1 kilo ətə görə insanları efirə çıxarmayın...

Bayram bu gün olsa da, dünən ən azı 20 nəfər mənə zəng edib. Elə bilməyin ki, Qurban əti vermək üçün məni axtarırdılar. Yox, əşşi! Bu 20 nəfərin ən azı 15-nin bayramımı təbrik etməyə belə mərifəti çatmadı...
Mən də sizin yerinizə olsaydım, bu sualı verərdim: bəs niyə zəng etmişdilər?
Pulu artdıqca çəkisi də artan biznesmen tanışımla aramızda olan dialoqu oxusanız, bu suala cavab tapacaqsınız...
-    Müəllim, siz çəkiliş edirsiniz?
-    Lazım gəlsə, edərik. Niyə soruşursunuz?
-    Sabah Qurban bayramıdır. Xəbəriniz yoxdur?
-    Mənim vəzifəm xəbərlərlə işləməkdir...
-    Çox gözəl. Sabah qurban kəsəcəm...
-    Allah qəbul etsin!
-    Kəsdiyim qurbanın ətini şəhid ailələrinə, qaçqınlara paylayacam. İstəyirəm ki, sizin uşaqlardan biri gəlib çəkiliş etsin.
-    Biz saytda heç kimin reklamı ilə məşğul olmuruq. Birdə ki, belə işləri çəkmək, göstərmək doğru deyil.
-    ...
Sağollaşmağa lüzum görmədiyi üçün mən də nəsə deməyə lüzum görmədim...
Ən azı 6-7 ildi ki, hər il Qurban bayramında icra başçılarına, deputatlara, iş adamlarına müraciət edirəm. Bunun da öz tarixçəsi var. Təxminən 6-7 il əvvəl özəl telekanalların birində bayram mərasimindən hazırlanmış reportajı seyr edirdim. Hansısa əclaf idarə müdiri 100 manata aldığı qoyunu kəsib 15-20 adamın arasında böləndən sonra dələduz müxbirə 200 manat verib, həmin insanları videokameranın yaddaşına köçürtmüşdü. Boylu-buxunlu, pəhləvan cüssəli bir oğlan kameraya düşməmək üçün boyca özündən yarım metr balaca olan kişinin arıq çiyinlərinin arxasında gizlənməyə çalışırdı. Birinci cərgədə dayanan adamlar isə utandıqlarından baxışlarını yerdən ayıra bilmirdilər...
O vaxtdan bəri hər bayram günü Qurban kəsən adamlara müraciət edib, bu cür humanist aksiyaları özlərinin təbliğat kampaniyasına çevirməməyi xahiş edirəm. Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır. Bunu Allah da götürməz, bəndə də...
Çox adam bilir, bilməyənlər üçün yazıram: qurban əti ehtiyacı olan adamlara verilməlidir. Gəlin elə edək ki, bu gün ən kasıb adamın da evində qazan qaynasın. Mən dəfələrlə  “Gelandewagen”də, “Porsche”də gələn adamların qurban əti apardığının şahidi olmuşam. Hansısa vəzifəli, pullu qohumlarınıza yarınmaq üçün kəsdiyiniz qurbanlar Tanrı dərgahında qəbul olunmayacaq...
Bayramınız mübarək!
Allah qurbanınızı qəbul etsin!
Elə edin ki, etsin...
 
Seymur VERDİZADƏ

Xəbəri paylaşın




Digər xəbərlər:
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
"AzTV heç kimin atasının şirkəti deyil" — Nadir Qafarzadə efir QADAĞASINDAN DANIŞDI
"AzTV heç kimin atasının şirkəti deyil" — Nadir Qafarzadə efir QADAĞASINDAN DANIŞDI
02.05.20, Şou
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət