31
iyul
2020
18:58
1 656


Universal kart

AdRiver


Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçrib – FOTO

Yerli hüquq-mühafizə orqanları isə heç bir tədbir görmürlər.
Qanunla.Az  Sozcu.info-ya isitnadən Mart ayının 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejim tətbiq etdi. Xüsusi rejimin tələblərinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri müəyyən etdi. Həmin tədbirlərin sırasında dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi, bütün toy məclislərinin keçirilməsi qadağan edilməsi də vardı. Xüsusi rejim dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunması tələbi edilirdi.
Nazirlər Kabineti yanında Operativ Qərargahının bu qərarından təxminən bir ay sonra Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilməsi haqqında sərəncam verməsi haqqında məlumat yayıldı. Bu məlumat prezident İlham Əliyevin xüsusi karantin rejimin tələblərinə nə qədər önəm verməsini göstərirdi.
Ağdam rayonundan “Yeni Sözçü”qəzetinin redaksiyasına daxil olan bir məlumata görə, məmurlar xüsusi rejim qaydalarını pozmaqdan çəkinmirlər. Məlumata görə Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə nişan mərasimi keçirib. Bundan əvvəl isə Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova bacısı oğlunun da toy mərasimi olub.
Mərasimindən çəkilmiş şəkildə də qapalı məkanlarda bütün toy məclislərinin keçirilməsinin qadağan olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci tarixli qərarının tələblərinin kobud şəkildə pozulduğu aydın görünür.

Məlumata görə, bu şadlıq mərasimləri haqqında Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovu əvvəlcədən məlumatlandırıb və onun razılığı alınıb. Buna görə hüquq-mühafizə orqanları nişan mərasiminin qarşısını almaq üçün heç bir tədbir görməyiblər.
Məlumatda belə halların bundan əvvəl də baş verdiyi qeyd olunur. Faktla bağlı Prezident Adminstarsiyasının və Təhsil Nazirliyinin hansı tədbir görəcəyini izləməyə çalışacağıq.

Xəbəri paylaşın




Digər xəbərlər:
Əsədov qərar verdi: Məktəblərin mühafizəsi...
Əsədov qərar verdi: Məktəblərin mühafizəsi...
20.06.20, Cəmiyyət
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
10.06.20, Siyasət
Bu qadağalar qüvvədə qaldı — SİYAHI
Bu qadağalar qüvvədə qaldı — SİYAHI
29.05.20, Cəmiyyət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib- SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR (EKSKLÜZİV)
28.04.20, Gündəm
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət