02
avqust
2020
10:19
2 550


Universal kart

AdRiver


SON DƏQİQƏ! “Sərt karantin rejimi uzadılmayacaq”

“Koronavirus ən yaxşı halda ilin sonuna qədər bizimlə olacaq”.

Qanunla.Az xəbər verir ki, bunu infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

İnfeksionist virusa yoluxan insanların sayındakı azalmanı əsas gətirərək, sərt karantin rejiminin uzadılmayacağını bildirib: 

“Yoluxan insanların sayı azalır, sağalanların sayı isə artmaqdadır. Yəni sağalan xəstələrin sayı yoluxanları dəfələrlə üstələyir. Ona görə bu infeksiya idarəolunan prosesə keçir. Bu baxımdan da yumşalmaya rahatlıqla getmək olar. Çünki bizim səhiyyə sistemimizin buna tam potensialı var. 

Həmçinin insanların təmiz hava qəbul etməsi, çölə çıxması labüd haldır. Günəş şüalarının yüksək olduğu vaxtın bitməsinə 1 ay qalır. Sentyabrdan etibarən günəş şüalarının intensivliyi azalır. Avqust ayından etibarən isə yaxşı olar ki, insanlar evdə oturmasınlar”.

M.Əliyev yumşalma baş verəcəyi təqdirdə izolyasiya tədbirlərini icra etməyin əhəmiyyətini belə izah edib: 
“Bu xəstəlik ilk növbədə hava-damcı infeksiyasıdır və tənəffüs sistemi vasitəsilə insanı yoluxdurur. Bu baxımdan qoruyucu maska istifadəsi zəruri olmalıdır. Bundan əlavə, sosial məsafə və əllərin dezinfeksiyası da mütləqdir”.

O, immunitetin yüksəlməsi üçün vətəndaşlara bəzi tövsiyələr verib: 

“İmmunitetin yülksəlməsi üçün təbii qidalanma mühüm rol oynayır. Evlərə günəş şüalarının düşməsini təmin etmək lazımdır. Otaqları müəyyən fasilələrlə havalandırmaq faydalıdır. Əlavə olaraq bol maye qəbul etməyi səngitməməliyik. Ancaq bunu da qeyd edim ki, immuniteti yüksəldən dərman preparatlarına risk olmadığı müddətcə ehtiyac yoxdur”.

Son olaraq infeksionist koronavirus vaksininin ilin sonuna qədər hazır ola biləcəyini deyib: 

“Dünya üzrə nəzər yetirdikdə koronavirusa qarşı vaksin üzərində 200-dən çox ölkə çalışır. Amma 3 şirkət var ki, onlar artıq üçüncü mərhələdədir. Bunlar Amerika, İngiltərə və Çindir. Üçüncü mərhələnin mahiyyəti bundan ibarətdir ki, könüllü insanlar üzərində sınaqlar keçirilir. Təxminən bu təcrübələr də 5-6 ay çəkə bilər. Zənnimcə, vaksin ən yaxşı halda ilin sonu, ən gec isə gələn ilə qədər hazırlana bilər”.(News24.az)

Xəbəri paylaşın




Digər xəbərlər:
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
Ceyhun Məmmədov:Pandemiya dünyada yarandığı ilk gündən başlayaraq dövlətimiz tərəfindən operativ addımlar atıldı
10.06.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
16.04.20, Siyasət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı
Korona haqqında bunları mütləq bilməlisiniz – 31 sualın cavabı
15.03.20, Cəmiyyət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət