11
sentyabr
2020
14:26
1589


Universal kart

AdRiver


Anar Ələkbərov Şeyxə zəng etdi

Prezidentin köməkçisi Anar Ələkbərov dünən mənə zəng etdi. Səhhətimlə maraqlandı. Bildirdi ki, Heydər Əliyev Fondu müalicəm üçün hər şeyi edəcək.
Bunu Axar.az-a açıqlqmasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, müalicəsinin xaricdə davam etdirilməsi mümkün olmayıb:
“Xaricdə müalicə məsələsi qaldı. Çünki hazırda pandemiya dövrüdür. Səhiyyəsi yüksək səviyyədə olan ölkələr Azərbaycandan pasiyent qəbul etmirlər”.
Şeyx Əbdül bildirib ki, Prezidentin köməkçisinin göstərişi ilə hazırda yüksək ixtisaslı həkimlər onun sağlamlığının keşiyində dururlar:
“Anar müəllim Afət xanım adında bir nəfəri mənə ayırıb. Ona sürücü də veriblər. Mənimlə mütəmadi maraqlanır. Dərmanlarımı alıb gətirir. Anar müəllim dedi ki, siz müalicənizi hansı şəraitdə və necə istəyirsiniz davam etdirə bilərsiniz. Hazırda müalicəmi “Atlas” klinikasında davam etdirirəm. Burada mənə hər cür şərait yaradılıb”.
Xalq artisti səhhətindəki xərçəng riskindən də danışıb:
“Dörd ay həkim və xəstəxana axtardım. Düzgün diaqnoz qoya bilmirdilər. Dünən müayinədən keçdim. Elə bildilər ki, xərçəng xəstəliyim var. Analizlərin cavabı çıxdı. Çox şükür, hər şey qaydasındadır. Mədəmdə və bronxlarımdadır əsas problem. Axar.az saytına isə xüsusi təşəkkür edirəm, sizin sayənizdə mənim xəstəliyim ictimailəşdi. Sizin mənim durumumu işıqlandırmağınızdan sonra ən yüksək səviyyədə mənə diqqət göstərilməyə başladı, redaksiyanıza təşəkkür edirəm”.

Xəbəri paylaşın




Digər xəbərlər:
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
31.08.20, Cəmiyyət
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət