14
noyabr
2020
13:43
1382


Universal kart

AdRiver


İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı

Bu gün “Meliorasiya və Su Təsərrüfatı” ASC-də işğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar tədbir keçirilir.
Qanunla.Az xəbər verir ki, tədbiri giriş sözü ilə qurumun sədri Əhməd Əhmədzadə açıb.
O qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Ordusu böyük qələbə əldə edib. Ə.Əhmədzadə işğaldan azad olunmuş ərazilərin Azərbaycanın su imkanlarının artırılması istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb:
“Hazırda isə işğaldan azad edilmiş ərazilərdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin inventarlaşma işləri dəqiqləşdirilir.
İşğaldan azad edilmiş ərazilərdə doqquz ədəd su anbarı, 1 429 subartezian quyuları, 88 ədəd nasos stansiyaları, 8 mindən çox hidrotexniki qurğular var. Əsas işimiz dəymiş zərərin aradan qaldırılması və infrastruktur layihələrinin icrasıdır. İşğaldan azad edilən yerlərdə suvarma sistemləri idarələrinin fəaliyyəti bərpa ediləcək”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
Onların qisasını alacağıq! - General
Onların qisasını alacağıq! - General
28.10.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
06.07.20, Cəmiyyət
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ
14.06.20, İqtisadiyyat
Ata Bank və Amrah Bankın əmanətçilərinə kompensasiyalar bu filiallarda ödəniləcək - SİYAHI
Ata Bank və Amrah Bankın əmanətçilərinə kompensasiyalar bu filiallarda ödəniləcək - SİYAHI
30.05.20, İqtisadiyyat
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
Mərkəzi Bank NBCBank və AGBank barədə qərarlarını açıqladı
12.05.20, İqtisadiyyat