16
noyabr
2020
11:10
1886


Universal kart

AdRiver


Tarixə düşəcək əməliyyat: Ordumuz Şuşanı belə aldı

Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Azərbaycan ordusu bir aydan bir az çox çəkən döyüşlər zamanı ağlasığmaz şücaət göstərərək cənub istiqamətindən qala-şəhərin həndəvərinə qədər irəlilədi.
Qanunla.Az Virtualaz.org-a istinadən xəbər verir ki, artıq indi, döyüş əməliyyatlarıın başa çatmasından bir neçə gün sonra dünyanın müxtəlif ölkələrindən hərbi ekspertlər təsdiq edirlər ki, Şuşa əməliyyatı müstəsnadır və dünya hərb tarixində qalacaq, eləcə də hərb elminə dair dərsliklərə salınacaq. Erməni ordusunun komandirləri və düşmən siyasətçiləri də etiraf edirlər ki, məhz Şuşanın alınması Ermənistanın faktiki olaraq Azərbaycanın diqtə etdiyi şərtlərlə razılaşmasına səbəb oldu.
Azərbaycan ordusunun bu mürəkkəb əməliyyatının bəzi detallarını oxuculara çatdıraraq qeyd edirik ki, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Şuşa hətta səyahətçilər üçün də çətin keçilən relyefə malikdir. Hərbi baxımdan isə şəhər üç tərəfdən sıldırım qayalıqla əhatə olunduğu üçün praktiki olaraq alınmaz qaladır.
Azərbaycan ordusu üçün vəziyyəti mürəkkəbləşdirən həm də bu idi ki, düşmən qoşunları Şuşanı şimaldan, Xankəndi istiqamətindən, şərqdən Xocavənd istiqamətindən və qərbdən Laçın istiqamətindən nəzarətdə saxlayırdı. Azərbaycan ordusunun irəlilədiyi cənub istiqamətinə isə Ermənistan hərbi rəhbərliyi özünün ən elitar, döyüş qabiliyyətli hissələrini döyüşə atmışdı.
Bununla belə düşmən hərçənd öz diqqətini Xankəndi və Daşaltı istiqamətindən şəhərin müdafiəsinə yönəltsə də onun əsas qüvvələri şəhərin mərkəzində cəmləşmişdi. Şuşanı minlərlə erməni əsgəri, onlarla vahid artilleriya və zirehli texnika qoruyurdu. Şəhərin bu cür güclü qorunması onun strateji əhəmiyyəti ilə bağlı idi, Şuşadan az qala Qarabağın bütün dağlıq hissəsini nəzarətdə saxlamaq mümkündür. Və düşmən generalları da bunu yaxşı bilirdi.
Azərbaycan ordusunun dayanmadan Şuşaya tərəf irəlilədiyi aydın olanda dünyanın aparıcı hərbi ekspertləri bu istiqamətdən şəhərin alınmasının mümkün olmadığı haqda proqnozlar səsləndirirdilər. Deyirdilər ki, hətta ən maksimal səylərlə belə şəhər uğrunda 2-3 ay döyüşlər aparmaq lazım gələcək. Bir çoxları isə Şuşa uğrunda döyüşlərin gələn ilin yazına, yayına qədər çəkəcəyini təxmin edirdilər.
Bu cür skeptik fikirlərə baxmayaraq noyabrın 5-də Azərbaycan ordusu bilavasitə şəhərdəki erməni mövqelərinə artilleriya zərbələri endirməyə başladı, nəticədə yüngül silahlı xüsusi təyinatlılarımız Şuşanın girişinə qədər irəliləyə bildi. Düşmən üçün tamamilə gözlənilməz idi ki, xüsusi olaraq bu cür döyüşlər üçün hazırlanmış Azərbaycan döyüşçüləri alpinistlər kimi sıldırım qayalıqlara dırmaşaraq hücum edirdi və şəhərə daxil olurdu. Şuşanın içərisində şiddətli şəkildə yaxın məsafədən, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi. Düşmənin şəhəri yenidən ələ keçirmək cəhdləri onun itkilərini daha da artırdı, bu vaxt artıq şəhərə Azərbaycan ordusunun əlavə qüvvələri yeridilmişdi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndilər.
Şuşanın azad edilməsi düşmənin digər hərbi birləşmələrinin və bölmələrinin mühasirəyə düşməsi riski yaratmışdı. Məhz öz ordusuun tamamilə darmadağın edilməsindən qaçmaq üçün Ermənistan rəhbərliyi Azərbaycanın şərtlərini qəbul etdi. Ermənistanda Şuşa döyüşlərində nə qədər itki verdiklərini hələ də açıqlamırlar. Lakin internetdə yayıla videokadrlara əsasən Şuşa döyüşlərində yüzlərlə düşmən əsgəri məhv edilib, onlarla döyüş texnikası sıradan çıxarılıb. Azərbaycan ordusu bu döyüşlərdə xeyli qənimət də götürüb.
Yerevanda haqlı idilər: Şuşa döyüşləri bütün Qarabağ müharibəsinin taleyini həll elədi. Peşəkar, ən yeni silahlarla silahlanmış Azərbaycan ordusu misli görünməmiş şücaət, qəhrəmanlıq göstərərək nəinki doğma torpaqlarını azad etdi, həm də erməni ordusunun məğlubedilməzliyi haqda mifi birdəfəlik darmadağın elədi.

Xəbəri paylaşın




Digər xəbərlər:
Tərəflərindən biri istəyərsə, Rusiya tərk edəcək - General
Tərəflərindən biri istəyərsə, Rusiya tərk edəcək - General
11.11.20, Siyasət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
Rusiyalı hərbi ekspert: Paşinyan uçurum üzərindədir
Rusiyalı hərbi ekspert: Paşinyan uçurum üzərindədir
29.10.20, Siyasət
Onların qisasını alacağıq! - General
Onların qisasını alacağıq! - General
28.10.20, Cəmiyyət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət