09
yanvar
2021
10:38
1912




Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Yergüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan 18 müştərinin və obyekt sahibi İ. Gülməmmədovanın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.
Xəbəri paylaşın
Digər xəbərlər:

Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edildi

Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları

Goranboyda karantini pozanlar həbs edildi

Polis gizli məkana girdi: Görün nə edirlərmiş

Kafedə ad günü keçirənlər saxlanıldı - FOTO

Şəkidə gizli fəaliyyət göstərən çayxana aşkarlandı

Əbülfəs Qarayevlə bağlı ŞOK FAKTLAR

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI

Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları

Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb