18
noyabr
2020
13:53
1764


Universal kart

AdRiver


Baydenə Azərbaycan və Türkiyə əleyhinə çağırış: “Ərdoğanı dayandırın”

ABŞ-da keçirilən prezident seçkilərində qeyri-rəsmi nəticələrə görə, Co Baydenin qalib gəlməsindən sonra ermənilərin lobbi fəaliyyətlərini həyata keçirən bir sıra senatorlardan Azərbaycan və Türkiyə əleyhinə çağırışlar gəlməyə başlayıb.
Qanunla.Az xəbər verir ki, 2006-cı ildən bəri senator kreslosunda oturan, erməni diasporundan maliyyələşən Bob Menendez Baydenə Azərbaycan və Türkiyədən şikayət edib.
Memendez Türkiyə və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı dayandırmağa çağırıb.
Türkiyənin Aralıq dənizinin şərqi və Azərbaycanda fəallaşmasına eyham vuran senator bildirib: “Türkiyə öz sərhədləri xaricində hərəkətə keçib və NATO-nun etibarsız müttəfiqlərindən birinə çevrilib”.
O, Azərbaycanı Türkiyənin cəsarətləndirdiyini bildirib.
Əlavə edək ki, Bob Menendez ABŞ-da fəaliyyət göstərən ən böyük erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Assambelyasına (ANCA) yaxınlığı ilə seçilir. Menendez zaman-zaman ANCA-nın təşəbbüsü ilə ABŞ Konqresində müzakirə olunmuş Türkiyə və Azərbaycan əleyhinə olan layihələrin hazırlanmasında iştirak edib.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı müzakirə edildi
Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı müzakirə edildi
08.09.20, Siyasət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
ABŞ Konqresindən ermənilərə daha bir zərbə
ABŞ Konqresindən ermənilərə daha bir zərbə
21.07.20, Siyasət
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
18.05.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
MSK seçkiyə yekun vurdu
MSK seçkiyə yekun vurdu
25.02.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət