27
iyul
2020
18:22
2 346


Universal kart

AdRiver


Əli Əsədovdan koronavirusla bağlı - Qərar

Baş nazir Əli Əsədov yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin edilməsi barədə qərar imzalayıb.
Qanunla.Az xəbər verir ki, qərarda qeyd olunur:
1. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında (bundan sonra - yerli qurumlar) işsiz və işaxtaran (qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə 2 tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunsunlar.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etsin;
2.2. özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirsin; 2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sahil Babayevdən yeni TƏYİNATLAR
Sahil Babayevdən yeni TƏYİNATLAR
25.07.20, Sosial
Tələbələrə ŞAD XƏBƏR
Tələbələrə ŞAD XƏBƏR
27.05.20, Sosial
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
12.05.20, Siyasət
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
Azərbaycanda karantin rejimi uzadıldı - Rəsmi
18.04.20, Gündəm
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət