14
noyabr
2020
16:25
1768


Universal kart

AdRiver


Erməni məmurlar varidatını ölkədən çıxarır... - Şərh

Tarix ondan dərs çıxarmayanları çox pis şəkildə cəzalandırır. Biz bunu bu gün Ermənistanın timsalında görə bilərik. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. İdarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanda hazırkı daxili vəziyyəti şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər:
“Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir. Ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Baş nazirin evi canlı yayımda qarət edilib, şəxsi əşyaları və sənədləri götürülüb, talan başlayıb. Parlament sədri Ararat Mirzoyan isə qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub.
Əslində prosesin məhz bu istiqamətdə cərəyan edəcəyi öncədən bəlli idi. Çünki siyasətdə yalan, vəd arxasında durulmayacaq sözlər sonda şəxsin özünə qarşı yönələn bir silaha çevrilir. Paşinyan da öz xalqına yalancı qələbə xəbərləri verərək, real itkiləri, məğlubiyyəti ört-basdır etməyə çalışırdı. Lakin bu gün Ermənistanda baş verənlər bir daha onu göstərir ki, "yalan ayaq tutar, ancaq yeriməz".
Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur. Bu belə ölkəni qarşıdakı günlərdə hazırkından da çətin günlərin gözlədiyini göstərir. Qəzəbli erməni xalqı hesab tələb edir. Paşinyan və onun siyasi komandası bu hesabı vermək iqtidarında deyil”.
Politoloq bildirib ki, Ermənistanda demoqrafik böhran daha da dərinləşib:
“Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Əslində Azərbaycan düşmən belə olsa, erməni xalqına açıqca xəbərdar etdi ki, iqtidarı gəncləri düçar ediyi müharibə romantikasından çəkindirsin. Hansı ki, onları işğal edilmiş torpaqlarda sadəcə ölüm gözləyir. Elə də oldu. Bu gün Ermənistanın düşdüyü iqtisadi, sosial, siyasi böhrandan daha təhlükəlisi məhz hiper-demoqrafik bohrandır. Yəni fəsadları 10 illərlə aradan qalxmayacaq”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibə verib
İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibə verib
27.10.20, Siyasət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət