31
yanvar
2020
11:22
11 791


Universal kart

AdRiver


Makronun İlham Əliyevə zənginin səbəbi... - Politoloq

Nəzərə almaq lazımdır ki, Azərbaycan Fransa üçün regionda önəmli bir tərəfdaşdır.
Bu sözləri politoloq İlqar Vəlizadə Fransa Prezidenti Emmanuel Makronun yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngi etməsi və Fransa-Azərbaycan münasibətləri barədə Qanunla.az-a danışarkən deyib. O bildirib ki, bir müddət qarşılıqlı münasibətlərdə durğunluq hiss olunsa da, hazırda Azərbaycanla Fransa arasında münasibətlər yüksək səviyyədədir:
“Düşünürəm ki, Fransa Prezidenti Emanuel Makronun son zamanlar Azərbaycana maraq göstərməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, ölkələr arasında münasibətlərə təsir edən çox amil var. Bu münasibətlərə təsir edən ən önəmli amil qarşılıqlı maraqlardır. Fransa hər il Azərbaycana kifayət qədər ciddi məbləğdə investisiya yatırır. Bunun ən bariz nümunəsi Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında Fransanın “Total” şirkətinin göstərdiyi dəstəkdir. Digər tərəfdən Azərbaycan ilə Fransa arasında “Abşeron2 neft yatağının birgə işədilməsi kimi bir razılaşma var. Onu da deyim ki, bu layihə regionun enerji təhlükəsizliyi baxımından olduqca böyük önəm kəsb edir”.
Politoloq Fransa Prezidenti Emanuel Makronun Prezident İlham Əliyevə telefon açmasını 28-20 yanvar aralığında Qarabağla bağlı aparılan intensiv danışıqlar fonunda da qiymətləndirib:
“Təbii ki, Fransa da həmsədr ölkə olaraq münaqişənin həlli istiqamətindəki müzakirələrə öz dəstəyini hiss etdirməyə çalışır”, - deyə o bildirib.

Xəbəri paylaşın




Digər xəbərlər:
"Prezident bildirdi ki, bu, artıq dünyanın bir tələbinə çevrilib"
"Prezident bildirdi ki, bu, artıq dünyanın bir tələbinə çevrilib"
29.01.20, Gündəm
Prezident İlham Əliyev “Rossiya-24”ə müsahibə verdi
Prezident İlham Əliyev “Rossiya-24”ə müsahibə verdi
27.01.20, Siyasət
Prezidentdən ikibaşlı suala tarixi cavab
Prezidentdən ikibaşlı suala tarixi cavab
23.01.20, Siyasət
Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub - FOTO
Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub - FOTO
22.01.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
Medianın seçki hazırlığı: Namizədləri gözləyirik
Medianın seçki hazırlığı: Namizədləri gözləyirik
28.12.19, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət