01
avqust
2020
10:38
1 607


Universal kart

AdRiver


Bakıda avtobus yük maşınına çırpıldı — Yaralılar var

Bakının Nərimanov rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub.

Qanunla.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

M-2 marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus yüksək sürətlə hərəkət edən zaman "DAF" markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin avtobusunda olan sərnişinlər - 1951-ci il təvəllüdlü Fətullayeva Züleyxa Qurban qızı və 1970-ci il təvəllüdlü Fərziyeva Həvva Ramazan qızı müxtəlif bədən xəsarətləri alıb. Həmçinin yük avtomobilinin sürücüsü də xəsarət alıb. Yaralılar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev APA-ya açıqlamasında bildirib ki, qəzaya uğrayan avtobus "Çinar Trans" MMC-nin balansındadır. Avtobusun sürücüsü Məlikov Təravət Tapdıq oğlu M-2 ekspres xəttinə aid lövhədən istifadə edərək qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub: "Məlumat üçün bildiririk ki, hadisə baş verən vaxt ekspres xətt avtobusları xidmətdə olmayıb və qəzanın qeydə alındığı ünvan M-2 xəttinin hərəkət sxeminə aid deyildir".

Hadisə və qeyri-qanuni sərnişindaşıma faəliyyəti ilə əlaqədar izahat verməsi üçün "Çinar-Trans" MMC-nin direktoru İsmayıl Hüseynov Bakı Nəqliyyat Agentliyinə çağırılıb.

BNA rəsmisinin sözlərinə görə, "Çinar-Trans" MMC-nin müvəqqəti istismarında olan marşrut xətləri üzrə sərnişindaşımalarında çatışmazlıqlar müşahidə olunur. Bununla bağlı sərnişinlərdən də çoxsaylı müraciətlər daxil olur. 

Çatışmazlıqların həllinə dair daşıyıcı şirkət qarşısında tələblər qoyulub. Təsirli tədbirlər görülmədiyi təqdirdə müvafiq marşrutlar üzrə fəaliyyətinə son qoyulacağı ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Qurban bayramının mahiyyət və fəlsəfəsi
Qurban bayramının mahiyyət və fəlsəfəsi
30.07.20, Cəmiyyət
Tovuzda həlak olan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ haqqında tükürpədən faktlar - FOTOLAR
Tovuzda həlak olan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ haqqında tükürpədən faktlar - FOTOLAR
14.07.20, Cəmiyyət
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Avtobus qəzasında yaralananların adları - Siyahı
Avtobus qəzasında yaralananların adları - Siyahı
25.01.20, Hadisə
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət