14
sentyabr
2020
10:02
1128


Universal kart

AdRiver


Qalatasaray"ın Bakıya gələcəyi vaxt bəlli oldu

Türkiyənin "Qalatasaray" klubunun "Neftçi"yə qarşı keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin matçı üçün səfər proqramı bəlli olub. 

Qanunla.Az-ın məlumatına görə, İstanbul təmsilçisi sentyabrın 16-da Bakıya gələcək. "Sarı-qırmızılar" həmin oyun üçün iştirak ərizəsini də UEFA-ya göndərib. 

Baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.

Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.

"Qalatasaray" "Neftçi" ilə matçın hazırlıqlarına isə dünən start verib.

Qapıçılar: Okan Kocuk, Fatih Öztürk

Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.
 
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Xəbəri paylaşın




Digər xəbərlər:
“Neftçi”nin potensial rəqibləri: “Tottenhem”, “Milan”, “Qalatasaray”...
“Neftçi”nin potensial rəqibləri: “Tottenhem”, “Milan”, “Qalatasaray”...
28.08.20, İdman
Milli Şura planını deşifrə etdi: Vətəndaş ac qalsın...
Milli Şura planını deşifrə etdi: Vətəndaş ac qalsın...
04.08.20, Cəmiyyət
Qurban bayramının mahiyyət və fəlsəfəsi
Qurban bayramının mahiyyət və fəlsəfəsi
30.07.20, Cəmiyyət
“Neftçi TV” bugündən fəaliyyətə başladı
“Neftçi TV” bugündən fəaliyyətə başladı
20.07.20, İdman
Arda Turan doğma klubuna qayıdır
Arda Turan doğma klubuna qayıdır
06.07.20, İdman
"Qarabağ" "Neftçi"ni keçə bilmədi
"Qarabağ" "Neftçi"ni keçə bilmədi
19.06.20, İdman
“Neftçi” qapıçı Kamranla müqavilə bağladı - FOTO
“Neftçi” qapıçı Kamranla müqavilə bağladı - FOTO
03.06.20, İdman
23 yaşlı futbolçu öldü
23 yaşlı futbolçu öldü
27.05.20, İdman
ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik
ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik
08.04.20, Dünya
“Qalatasaray”ın ulduzu vətəninə dönür
“Qalatasaray”ın ulduzu vətəninə dönür
08.01.20, İdman