30
iyul
2020
16:24
699


Universal kart

AdRiver


Dövlət büdcəsinə yenidən baxılacaq

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edib.

Maliyyə Nazirliyindən Qanunla.Az-a bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, müvafiq büdcə zərfi ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

Bununla yanaşı, büdcə sisteminə uyğun olaraq, icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

Dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVID-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.

Xəbəri paylaşın




Digər xəbərlər:
İş yerlərinin “ağardılması” prosesi sosial daxilolmaların artımına səbəb olub - RƏSMİ
İş yerlərinin “ağardılması” prosesi sosial daxilolmaların artımına səbəb olub - RƏSMİ
28.07.20, İqtisadiyyat
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
Milli Məclisin plenar iclasının gündəliyi dəyişdirildi
Milli Məclisin plenar iclasının gündəliyi dəyişdirildi
18.06.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
30.05.20, Siyasət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
12.05.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
2020-ci ildə maaşımızdan nə qədər pul tutulacaq? - QAYDALAR
20.12.19, İqtisadiyyat
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
16.12.19, Cəmiyyət