15
sentyabr
2020
10:32
1142


Universal kart

AdRiver


MİDA MMC 28 milyon manatlıq müqavilələr imzalayıb

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA MMC) həyata keçirdiyi layihələr üzrə elan etdiyi tenderlərin nəticələri məlum olub. 
Qanunla.Az-ın “E-satılalma” saytından əldə etdiyi məlumata əsasən, MİDA MMC-in yekunlaşan və dərc olunan müsabiqələrinin ümumi həcmi 28 milyon manatdan artıq təşkil edib. Bu məbləğin böyük hissəsi Gəncə şəhərindəki yaşayış kompleksinin tikintisi üzrə iki şirkətə ayrılıb. 
Belə ki, tikinti üzrə “Amal Group” MMC ilə 15 milyon 179 min 898 manat və “Müasir Tikintilər” MMC ilə 6 milyon 333 min 947 manat həcmində müqavilələr imzalanıb. Həmin yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin planlaşdırılması, səkilər, yollar, abadlıq və yaşıllaşdırma işlərinin təmin edilməsi üzrə 1 milyon 588 min 247 manat, yaşayış kompleksinin qaz təminatına 237 min 110 manat, su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin təminatına 1 milyon 117 min 749 manat ayrılıb. 
Həmçinin, avqust ayının 27-dən elan olunan tender ilə Hövsan qəsəbəsində inşa olunacaq yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması üzrə 637 min 647 manat dəyərində müqavilə imzalanıb. Agentliyin sifarişi ilə inşa olunan yaşayış komplekslərinin tikinti layihələrinə, binaların eksteryeri, mənzillərin interyeri, ərazilərin lanşaft dizaynlarının seçilməsi və onların 3D görüntüdə hazırlanması üzrə 134 min 988 manat ayrılıb.
Həmçinin, Yasamal rayonundakı yaşayış kompleksinin çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin alınıb quraşdırılmasına 1 milyon 17 min 127 manat, yaşayış binalarında mənzillərin su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi üzrə 347 min 784 manat, elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi 542 min 668 manat, qaz sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi üzrə 431 min 193 manat dəyərində müqavilələr imzalanıb.
MİDA MMC-nin sifarişi ilə proqram təminatları üçün lisenziyaların satın alınması üzrə 270,5 min manat ayrılıb. İnzibati binada, inşa olunmuş və tikintisi davam etdirilən yaşayış komplekslərində dezinfeksiya işlərininin təmin edilməsi üzrə 21 min 647 manat həcmində müqavilə imzalayıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Prezidentdən MÜHÜM FƏRMAN
Prezidentdən MÜHÜM FƏRMAN
04.06.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət