28
iyul
2020
11:29
1 303


Universal kart

AdRiver


Prokuroluq Bakıdakı qətllə bağlı məlumat yaydı

İyulun 27-də paytaxtın Sabunçu rayon sakini 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qanunla.Az-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Həmin məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsnü Əliyevin bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin zərərəçəkmiş şəxslə eyni ünvanda kirayədə yaşayan 1994-cü il təvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Əliyev Kamran Barat oğlunun tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri tədbirlər davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bakıda kirayəşin ev sahibini öldürdü
Bakıda kirayəşin ev sahibini öldürdü
28.07.20, Kriminal
Ana-balanı bıçaqlayan ailə başçısı tutuldu
Ana-balanı bıçaqlayan ailə başçısı tutuldu
05.07.20, Kriminal
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
06.06.20, Kriminal
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət