11
sentyabr
2020
10:53
1689


Universal kart

AdRiver


Mingəçevirdə bacısını öldürən şəxslə bağlı cinayət işi başlanıldı

Sentyabrın 10-u saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Qanunla.Az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İstintaqla zərərçəkmişin qardaşı 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Azərbaycanda qardaş bacısını kanalda boğdu
Azərbaycanda qardaş bacısını kanalda boğdu
02.09.20, Kriminal
Bakıda kürəkən qayınatasını öldürdü
Bakıda kürəkən qayınatasını öldürdü
01.09.20, Cəmiyyət
Prokurorluq İmişlidəki qətllə bağlı məlumat yaydı
Prokurorluq İmişlidəki qətllə bağlı məlumat yaydı
17.08.20, Cəmiyyət
İmişlidə bıçaqlanma: ölən var
İmişlidə bıçaqlanma: ölən var
12.08.20, Kriminal
Prokuroluq Bakıdakı qətllə bağlı məlumat yaydı
Prokuroluq Bakıdakı qətllə bağlı məlumat yaydı
28.07.20, Kriminal
Bakıda kirayəşin ev sahibini öldürdü
Bakıda kirayəşin ev sahibini öldürdü
28.07.20, Kriminal
Ana-balanı bıçaqlayan ailə başçısı tutuldu
Ana-balanı bıçaqlayan ailə başçısı tutuldu
05.07.20, Kriminal
Mingəçevirdə 17 yaşlı oğlan anasını öldürdü
Mingəçevirdə 17 yaşlı oğlan anasını öldürdü
21.06.20, Kriminal
Prokurorluqdan Ağstafadakı cinayətlə bağlı - Açıqlama
Prokurorluqdan Ağstafadakı cinayətlə bağlı - Açıqlama
14.06.20, Cəmiyyət
Prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı
Prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı
03.06.20, Cəmiyyət