14
sentyabr
2020
15:21
1171


Universal kart

AdRiver


Bacısını və polisi öldürmək istəyən şəxsin istintaqı başa çatdı

Mayın 30-da Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Vüsalə Cəfərova və Bərdə rayon Polis Şöbəsinin əməkdaşı Eşqin Məmmədova bıçaq zərbələri vurularaq qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə Bərdə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. 
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 
İstintaqla qeyd edilən tarixdə Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana daxil olarkən Vüsalə Cəfərova azyaşlı qızı ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərovun əlindəki bıçaqla sonuncunu təqib edərək ona xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalə Cəfərovanın öldürülməsinin qarşısını alan rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Eşqin Məmmədova da bıçaqla xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Elçin Cəfərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Xəbəri paylaşın




Digər xəbərlər:
Bacısını və köməyə gələn polis zabitini bıçaqladı – Bərdədə şok olay
Bacısını və köməyə gələn polis zabitini bıçaqladı – Bərdədə şok olay
12.09.20, Kriminal
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları
12.09.20, Cəmiyyət
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
Ermənistanın 2 zabiti beynəlxalq axtarışa verildi - Baş Prokurorluq
10.09.20, Kriminal
Ağcabədidə kişini öldürmək istəyən şəxs tutuldu
Ağcabədidə kişini öldürmək istəyən şəxs tutuldu
28.08.20, Kriminal
Azərbaycanda polis bıçaqlandı
Azərbaycanda polis bıçaqlandı
18.08.20, Kriminal
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
17.06.20, Hadisə
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
Qazaxda dəhşətli cinayət: Kürəkən və nəvə yaşlı ər-arvadın qatili oldu — Şok təfərrüat
06.06.20, Kriminal
Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı
Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı
30.05.20, Kriminal
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq