16
sentyabr
2020
10:49
1799


Universal kart

AdRiver


Bakıda dəhşətli hadisə - Başına daşla vurub öldürdülər

Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq xəsarət yetirilməsi və aldığı xəsarətdən 15 sentyabr 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qanunla.Az Xətai rayon Prokurorluğuna istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Orxan Yusiflinin baş nahiyəsinə daşla zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Kamran Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bakıda dəmir yolu işçisi vaqonun altında qalıb öldü
Bakıda dəmir yolu işçisi vaqonun altında qalıb öldü
15.09.20, Hadisə
Prokurorluqdan arvadını yandıran şəxslə bağlı açıqlama
Prokurorluqdan arvadını yandıran şəxslə bağlı açıqlama
23.08.20, Cəmiyyət
Prokuroluq Bakıdakı qətllə bağlı məlumat yaydı
Prokuroluq Bakıdakı qətllə bağlı məlumat yaydı
28.07.20, Kriminal
Bakıda kirayəşin ev sahibini öldürdü
Bakıda kirayəşin ev sahibini öldürdü
28.07.20, Kriminal
Prokurorluqdan Bərdədəki güllələnmə ilə bağlı - Açıqlama
Prokurorluqdan Bərdədəki güllələnmə ilə bağlı - Açıqlama
13.07.20, Kriminal
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Azərbaycanda “cin çıxarmaq” adı ilə gənci döyüb öldürənlərə ağır cəza verildi
Azərbaycanda “cin çıxarmaq” adı ilə gənci döyüb öldürənlərə ağır cəza verildi
07.02.20, Hadisə
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət