06
yanvar
2021
15:30
1314


Universal kart

AdRiver


Sən tuman altda gizlənəndə...

Paşinyanın tülkü kimi quyruğunu qısıb yarıqaranlıq zirzəmidə kapitulyasiya aktını imzalamasından cəmi 57 gün keçir. Tarix üçün bir göz qırpımı qədər qısa olan bu zaman kəsiyində müharibənin yaralarını sarımaq çətindir. Hələ görüləcək çox işimiz var... 
Xəbərin içində vurnuxan adam kimi deyirəm: Azərbaycanda şəhid ailələrinin və qazilərin problemlərini həll etmək üçün bütün imkanlar səfərbər olunub. Minlərlə şəhid ailəsinin, sayları çoxdan 10 mini ötmüş Qarabağ qazilərinin qayğılarını iki ay içində həll etmək, əlbəttə, mümkün deyil. Hələ də bəzi məmurlar özlərini xalqın xidmətçisi deyil, xalqı dədələrinin qulluqçusu hesab etdikləri üçün tez-tez narazılığın, giley-güzarın şahidi oluruq. Təbii ki, biz jurnalistlər də bu problemlərə biganə qalmır, nöqsanları qeyd edir, çatışmazlıqları ictimailəşdiririk. İndi təkcə ənənəvi KİV-lər deyil, sosial şəbəkələr də ictimai nəzarəti təmin edən vacib platformaya çevriliblər. Düzdür, bəzən sağlam düşüncə arxa plana keçir, tənqid yerini təhqirə verir, söyüş, qarğış, nifrin havada uçuşur. Amma nə etməli? Elə adamlar var ki, sözlə qanmırlar, gərək onları zurna-balabanla başa salasan...
Təəssüf ki, yerində olmayan, tənqidlərdən nəticə çıxarmayan təkcə məmurlar deyil. Şəhid ailələrinə və qazilərə dəstək aksiyasından sui-istifadə edən, bu nəcib təşəbbüsü özünün təbliğat kampaniyasına çevirən, hər fürsətdə özünü gözə soxan, balaca boyundan böyük görünməyə çalışan adamlar da az deyil. Sözsüz ki, bu sırada birinci yeri şou əhli tutur. Necə deyərlər, adları üstündədir...
Ədalət hissini heç vaxt itirməyən bir qələm adamı kimi bunu yazmağı özmə borc bilirəm: bəli, ötən ilin martından sonra koronavirusla “vuruşmağa” başlayanda, minlərlə iş yeri bağlananda, minlərlə ailə bir tikə çörəyə möhtac olanda bəzi müğənnilər vətəndaşlıq borclarını layiqincə yerinə yetirdilər. Hər fürsətdə yamanladığımız adamlar ciblərindəki son qəpiyi də ehtiyacı olan insanlar üçün sərf etdilər. Mətanət İsgəndərlinin efirdə necə göz yaşı axıtdığı indi də gözümün qabağındadır.
İnsafən, Vətən müharibəsində də şou əhli əlindən gələni etdi. Maraqlananlar Silahlı Qüvvələrə Yardım Fonduna ianə edən adamların siyahısını nəzərdən keçirə bilərlər. Qarşınıza o qədər tanış ad çıxacaq ki...
Soruşa bilərsiniz ki, bəs bu həyəcan, narahatlıq nəyə görədir? Əlim qələm tutandan bəri “mus-mus” deyil, “Mustafa” deməyi tərcih edən bir yazar olduğum üçün heç kimi intizarda qoymayacam. Məni narahat edən əsas məqam odur ki, bəzi müğənnilərin üzündən uşaqlarımız elə bilir ki, əsgərlərimiz Qarabağı köhnə “07” sürmək, təzə saat taxmaq üçün alıblar. Elə gün olmur ki, hansısa müğənninin igid əsgərlərimizə hədiyyə bağışladığının şahidi olmayaq. Tolik pul yığıb bir əsgərimiz üçün ev aldı. Sağ olsun. Manaf Ağayev öz puluyla əsgərimizə maşın aldı. O da sağ olsun. Rəqsanə Manafdan geri qalmayıb xarici maşın aldı. Allah min əvəzini versin. Bunları reklam etməyə, həmin əsgərləri kamera qarşısında utandırmağa ehtiyac varmı? Axı o əsgələr Qarabağda köhnə “07” üçün döyüşməyiblər. Müğənnilərimiz əndazəni o qədər aşıblar ki, öz həmkarları belə onları qınamağa başlayıb. Nura Surinin sözləridir: “Tankın qabağına çıxan oğlanları pulun qabağında sındırmayın”.
Üç gün əvvəl əməkdaşlarımız xəbər hazırlamışdılar. Tolik müharibədə danışıq qabiliyyətini itirmiş Əli adlı əsgərə deyir ki, ayın 1-nə kimi danışsan, sənə "İPhone" hədiyyə edəcəm. Sonra da masanın üstündki son model "İPhone" telefonunu göstərib nə olduğunu soruşur. Əsgər çiynini çəkib dayanır. Tolikin cavabı belədir: “Kül təpənə!”
Ay vicdansız, yaralı əsgərlə bu tərzdə danışmağa sənə kim icazə verib? Sən mağazaları dolaşıb gündə bir telefon alanda, o, hər gün ermənilərdən beş-altı kənd alırdı. Heç fikirləşmədin ki, bu təhqirə görə yaxandan yapışıb belə deyərlər: sən tuman altda gizlənəndə, o əsgər Qarabağda gizlənən ermənilərlə vuruşurdu. 
Həddini aşma!
Ən azı yüz dəfə yazmışam, bəzi adamların anlaması üçün 101-ci dəfə dəfə yazıram: elə yaxşılıq edin ki, axırda "başınıza dəysin" deməsinlər...
Seymur VERDİZADƏ

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət