27
iyul
2020
16:28
2 443


Universal kart

AdRiver


İordaniya səfiri Ermənistana silah satışına görə Azərbaycan XİN-ə çağırıldı

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Qanunla.Az-a XİN-dən məlumat verilib.
Xarici İşlər nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.
Görüşdə nazir müavini Araz Əzimov İordaniya səfiri ilə, o cümlədən bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.
Nazir müavini Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığını bildirib.
Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.
İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib. 

Xəbəri paylaşın




Digər xəbərlər:
Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar
Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar
27.07.20, Cəmiyyət
Serbiyanın Ermənistana silah-sursat yardımı göstərdiyi təsdiqləndi - RƏSMİ AÇIQLAMA
Serbiyanın Ermənistana silah-sursat yardımı göstərdiyi təsdiqləndi - RƏSMİ AÇIQLAMA
20.07.20, Siyasət
Rəsmi Bakıdan Ermənistana cavab
Rəsmi Bakıdan Ermənistana cavab
10.06.20, Siyasət
XİN: Avropa Məhkəməsi əslində Ermənistanın əsas niyyətini təmin etməyib
XİN: Avropa Məhkəməsi əslində Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Bu gündən Azərbaycanda bu məhdudiyyətlər yumşaldılır — SİYAHI
Bu gündən Azərbaycanda bu məhdudiyyətlər yumşaldılır — SİYAHI
27.04.20, Cəmiyyət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət