16
noyabr
2020
16:10
1531


Universal kart

AdRiver


Bu gün yenidən müxalifət düşərgəsində şəxsi maraqlar önə çıxmağa başlayıb

44 günlük Vətən müharibəsi dövründə biz bütün vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik nümayiş etdirməsinin şahidi olduq.
Bütün dünya Azərbaycan dövlətinin, Azərbaycan xalqının və dünyada yaşayan azərbaycanlıların gücünü, əzəmətini bir daha gördü. Xalq olaraq Azərbaycan dövləti ilə böyük həmrəylik nümayiş etdirdik, ölkəmizdə yaşayan bütün xalqların, dinlərin nümayəndələri düşmənə qarşı mübarizədə ortaya iradə qoydular. Müharibənin başladığı ilk gündən etibarən siyasi əqidəsindən asılı olmuyaraq hər kəsin göstərdiyi mövqe də bizi həm sevindirdi, həm də qürurlandırdı. Çünki xalqımızın vahid amal naminə birləşməsi həqiqətən də bizim güclü xalq olduğumuzun təsdiqi idi. Heç kəs şəxsi mənfəətlərinin arxasına düşmür, sadəcə Ali Baş Komandanın və Ordumuzun qələbəsinə xidmət etmək üçün çalışırdı. Xalq, müxalifət, ordu çiyin-çiyinə döyüşürdü.
Müharibənin başladığı ilk gün ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanat verməsi təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyi təcəssüm etdirirdi. Bu həm də ona görə vacib idi ki, müxalifətin mövqeyi cəmiyyətin bütövlüyünü ifadə edirdi. Bu dünyaya Azərbaycan xalqının vahid mövqedə olduğunun mesajı idi. Lakin əfsuslar olsun ki, siyasi ədavət saxlayan bəzi partiyaların dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurdu. Amma yenə də ölkədə milli birlik və ruh yüksəkliyi maksimum həddə idi. Ali Baş Komandan İlham Əliyev 45 günlük Vətən müharibəsinin sonunda noyabrın 10-da gecə saatlarında xalqımıza etdiyi qələbə müraciətində də öz siyasi rəqiblərini unutmadı və onların mövqeyini də yüksək qiymətləndirdi.
Bu gün isə yenidən müxalifət düşərgəsində şəxsi maraqlar önə çıxmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyətini dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Əslində, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Müharibə dövrünün əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Ancaq, bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur. Görünür, yenə də kimlərsə “90-cı illər sindromu”ndan əziyyət çəkir. Bu isə sadəcə təəssüf doğurur.
Anar Məmmədov 
Milli Məclisin deputatı

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Onların qisasını alacağıq! - General
Onların qisasını alacağıq! - General
28.10.20, Cəmiyyət
Qələbəyə doğru gedən son azadlıq hərəkatı
Qələbəyə doğru gedən son azadlıq hərəkatı
30.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət