17
noyabr
2020
14:12
1853


Universal kart

AdRiver


Türkiyənin Qarabağdakı rolu NATO dostlarını “narahat” edirmiş

Minsk Qrupu həmsədrləri uzun illər keçmiş Dağlıq Qarabağ münaqişəsinin “həlli” ilə məşğul oldu. Əslində isə işğalçının nazı ilə oynadı. Həmsədrlər (ABŞ, Fransa və Rusiya) özlərinin hazırladığı “Madrid planını” Ermənistana qəbul etdirmədi. Nəticədə Azərbaycan qərarını verdi və müharibə başladı. Azərbaycan qalibdir.
Qanunla.Az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, əlbəttə, Fransa və ABŞ-da bu, bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədərlənmirlər.
“Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur.
Müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas iki dövlət iştirak edirdi – Rusiya və Türkiyə. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə bir-birləri ilə tez-tez telefon danışıqları apardılar və vəziyyətdən çıxış yolları axtardılar. İki həmsədrin – ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. Çünki ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə, Ankaraya ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşiqnton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daima Ankara ilə təmas içində idi.
Buna baxmayaraq, Vaşinqton və Paris son günlər “biz də varıq” deməyə çalışır. Parisdə ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında görüş olub. Müzakirənin əsas mövzularından biri keçmiş Dağlıq Qarabağ olub. Onlar əvvəlkitək həmsədrlik instutunun davamı gərəkliyini vurğulayıblar.
Birincisi, ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyanın addımlarını qeyd ediblər. Yəni Pompeo və Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə “olan faktı qeyd ediblər”. Yəni Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs nailiyyətini tərifləməkdən çəkiniblər.
İkincisi, ABŞ və Fransanın baş diplomatları sualların qaldığını, ən başlıcası isə Türkiyənin rolundan narahat olduqlarını açıq ifadə ediblər. Bu suallara onlar Rusiyadan cavab istəyiblər. Rusiya hər iki həmsədr ölkənin təmsilçilərini məsələni aydınlaşdırmaq üçün Moskvaya dəvət edib. ABŞ və Fransanın baş diplomatları açıq bildiriblər ki, Türkiyənin Şərqi Aralıq, Liviya və Suriyadakı siyasətindən narazıdırlar. Yəni onlar bununla demək istəyiblər ki, Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir. ABŞ təmsilçisi onu da vurğulayıb ki, Türkiyənin bölgədə hərbi potensialının artmasından narahatdır, elə bil söhbət Vaşinqtonun NATO üzrə müttəfiqindən getmir.
Üçüncüsü, ABŞ və Fransa təmsilçiləri qeyd ediblər ki, danışıqlar yenidən həmsədrlər çərçivəsində aparılmalıdır. Hiss olunur ki, Rusiya da bunu istəyir. Müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər”.
Politoloq bildirib ki, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyir. Ancaq meydanda hazırda iki əsas oyunçu var – Rusiya və Türkiyə:
“Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlalamar əldə edirdi. Əsas sual budur: Biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi?”

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibə verib
İlham Əliyev İtaliyanın “Rai-1” televiziya kanalına müsahibə verib
27.10.20, Siyasət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
25.09.20, Siyasət
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
23.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
31.08.20, Cəmiyyət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Anlaşma var: Türkiyə Qafqaza girdi – Sensasion açıqlama
Anlaşma var: Türkiyə Qafqaza girdi – Sensasion açıqlama
15.08.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm