19
noyabr
2020
09:30
1655


Universal kart

AdRiver


PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVANIN İŞĞALDAN AZAD EDİLMİŞ FÜZULİ VƏ CƏBRAYIL RAYONLARINA SƏFƏRİ TARİXİ ƏHƏMİYYƏT DAŞIYIR

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Cəbrayıl rayonuna səfəri bir çox aspektlərdən xüsusi önəm daşıyırdı.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həm Cəbrayıl rayon mərkəzini, həm də Xudafərin körpüsünü ziyarət etdilər. Səfər tarixi əhəmiyyəti, riskli olmağı ilə yanaşı dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi. Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq.
Rayon mərkəzində olarkən Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün şəhəri dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətinin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə o cümlədən, Kəlbəcərdə son günlərdə törətdiklərinə görə ermənilərin cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini, təzminatın tələbə olunacağını xüsusi vurğuladı.
Xudafərini ziyarət etməyin özü də ayrılıqda bir sıra mühüm mesajlar daşıyırdı. Azərbaycanın milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalacağını, mədəniyyət abidələrinə sahib çıxacağını və onları qoruyacağını ifadə edirdi. Məlum olduğu kimi, Xudafərin körpülərinin Azərbaycan tarixində, xalqımızın ürəyində özünə məxsus yeri və rolu var.
Bu səfər eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. Bu gün Azərbaycanda xalq iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub.
Səfərə xüsusi rəng qatan məsələlərdən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezidentin çıxışını operativ öz sosial şəbəkələrdəki hesabları vasitəsilə yayması oldu. Bu Azərbaycan cəmiyyəti tərəfindən böyük maraq və sevin hissləri ilə qarşılandı.
Bu gün bütün Cəbrayıl sakinləri Prezident İlham Əliyevə bu ziyarətə, onlara göstərilən diqqət və qayğıya görə minnətdardırlar.
Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Xəbəri paylaşın




Digər xəbərlər:
Tarix yazan ordunun Müzəffər Ali Baş Komandanı
Tarix yazan ordunun Müzəffər Ali Baş Komandanı
18.11.20, Siyasət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Ərazilərimizin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? - ŞƏRH
Ərazilərimizin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? - ŞƏRH
30.10.20, İqtisadiyyat
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
31.08.20, Cəmiyyət
"Nəcib, xeyirxah və xoşməramlı ictimai-siyasi xadim" ÖZƏL-MÜNASİBƏT
"Nəcib, xeyirxah və xoşməramlı ictimai-siyasi xadim" ÖZƏL-MÜNASİBƏT
26.08.20, Cəmiyyət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Prezidentin İçərişəhərdən foto-ismarışı...
Prezidentin İçərişəhərdən foto-ismarışı...
30.06.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm