14
dekabr
2019
16:23
1920


Universal kart

AdRiver


Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb.
 
Qanunla.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.
 
İclasda Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb (apa).     
Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).
 
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Zərdab Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edildi : Əməkdar müəllim Gülağa İsgəndərov kimdir? (DOSYE)
Zərdab Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edildi : Əməkdar müəllim Gülağa İsgəndərov kimdir? (DOSYE)
14.12.19, Cəmiyyət
Türkiyəli ekoloq: "TANAP və STAR-da ətraf mühitin qorunmasına həssas yanaşılıb"
Türkiyəli ekoloq: "TANAP və STAR-da ətraf mühitin qorunmasına həssas yanaşılıb"
14.12.19, İqtisadiyyat
Böyük Britaniyada iqtidar müxalifəti DARMADAĞIN ETDİ
Böyük Britaniyada iqtidar müxalifəti DARMADAĞIN ETDİ
13.12.19, Dünya
Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Siyahı
Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Siyahı
13.12.19, Cəmiyyət
İlham əliyev SƏRƏNCAM İMZALADI
İlham əliyev SƏRƏNCAM İMZALADI
13.12.19, Siyasət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
12.12.19, Gündəm
Tahir Kərimli də namizəd oldu
Tahir Kərimli də namizəd oldu
12.12.19, Siyasət
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
12.12.19, Cəmiyyət
Prezident Fəxri Xiyabanda - Video
Prezident Fəxri Xiyabanda - Video
12.12.19, Siyasət